Sizin Reklam Burada

Neftçalada cinsi təcavüzə məruz qalan azyaşlı qız sığınacağa YERLƏŞDİRİLDİ

Neftçalada cinsi təcavüzə məruz qalan azyaşlı qız sığınacağa YERLƏŞDİRİLDİBir müddət əvvəl sosial şəbəkədə Neftçala rayonunda 9-cu sinif şagirdinə qarşı seksual xarakterli zorakılığın baş verməsinə dair məlumat yayılmış və bu məlumat sosial şəbəkə izləyicilərinin geniş müzakirəsinə səbəb olmuşdu.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanıda İctimai Şura üzvləri yayılan məlumatla bağlı müzakirələr aparıb və baş vermiş hadisənin tədqiq olunması prosesində iştirak edib.

Bu barədə İctimai Şuradan Avrasiya.net-ə verilən açıqlamada bildirilib.

“Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yayılan məlumata operativ reaksiya verib və Komitə Daxili İşlər Nazirliyi ilə müzakirələr aparıb, faktla bağlı vəziyyəti dəqiqləşdirib.

Komitə əməkdaşları dərhal Neftçala rayon İcra Hakimiyyətinə müraciət edərək, ətraflı məlumat alıb, lazımı tədbirlərə başlayıblar. 4 aprel 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi faktla bağlı ictimaiyyətə açıqlama verib. 5 aprel 2021 -ci ildə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları vəziyyətin ümimi qiymətləndirilməsi üçün Neftçala rayonuna səfər edib. 6 aprel 2021-ci ildə isə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ruhəngiz Əliyeva və mərkəzin sosial iş üzrə mütəxəssisi Şamama Əbilova Neftçalaya səfər edib, zərərçəkmişin psixoloji vəziyyətinin qiymətləndirilməsini aparıb.

6 aprel 2021-ci ildə, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komisiyanın rəsmi yönləndirmə məkubu əsasında Komissiyanın məsul əməkdaşı və rayon polis əməkdaşının müşaiyəti ilə zərərçəkmiş azyaşılı qız “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağına yerləşdirilib.

Hazırda uşağın vəziyyəti yaxşıdır. Sığınacaq şəraitinə uyğunlaşıb. Sığınacağın psixoloqu yetkinlik yaşına çatmayanla fərdi konsultasiyalar aparır. Bununla yanaşı, Komitənin YYÇİHMK-ya müraciət əsasında uşaq təhsilini davam etdirmək üçün onlayn dərslərinə də davam edəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və digər əməkdaşları uşağın sığınacaqdakı vəziyyəti ilə bağlı mütamadi olaraq maraqlanır və Komitə sədrinə məlumat verir. Bununla yanaşı, Komitə yanında İctimai Şura olaraq baş verənləri diqqətdə saxlayırıq və bundan sonrakı proseslərin gedişatına nəzarət edəcəyik.

İctimai Şura olaraq baş verənlərin ciddi şəkildə araşdırlmasını izləməklə yanaşı, həddi-büluğa çatmayan şəxs barədə baş verənlərin Kütləvi İnformasiya Vasitələrində mütamadi işıqlandırlmasından və bu zaman uşağın ümdə mənafelərinə zərər vurulmasından narahatlığımızı ifadə edirik. İctimai Şura olaraq bu cür hallara həssas yanaşaraq, gələcəyimiz olan uşaqların mənəvi və fiziki sağlam böyüməsi naminə uşaqlara dair məlumatların yayımında icitmaiyyəti daha məsuliyyətli yanaşmağa səsləyirik”,-deyə İctimai Şura bəyan edib.

Xatırladaq ki, Neftçala rayonunun Mirqurbanlı kəndində adı açıqlanmayan yaşayan 9-cu sinif şagirdi 3 ildir müxtəlif şəxslər tərəfindən seksual zorakılığa məruz qalıb. O, əqli əlilliyi olan ata və yaşı 80-ni haqlamış nənə-babası ilə yaşayır.
Azyaşlı qız üç ildir ki - 14 yaşından qohumu olan kişi və iddialara görə həmin şəxsin təklif etdiyi digər bir neçə kişi tərəfindən müxtəlif cinsi zorakılıqlara məruz qalırmış.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2018-ci ilin mart ayında Neftçala rayonu Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib. Qeyd olunan hərəkətlərdə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər