Sizin Reklam Burada

Təhsil nazirindən məktəblərin bağlanması ilə bağlı AÇIQLAMA

Təhsil nazirindən məktəblərin bağlanması ilə bağlı AÇIQLAMA“Məktəblərdə əyani təhsilin dayandırılması ilə bağlı qərar tək sorğu əsasında deyil, elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib. Təbii ki, qərarvermə prosesində bütün istəkləri təmin etmək mümkün deyil”.

Avrasiya.net xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, proqnozlara görə məktəblərdə yoluxma hallarının artması gözlənilirdi: “Məktəblər tədricən distant tədrisə keçirdi. Eyni zamanda davamiyyət məsələsi də gündəmə gəlirdi. Yoluxmalar artdıqca valideynlər övladlarını məktəbə göndərmirdi. Bütün bunlarla yanaşı icitmaiyyətin də fikirlərini öyrənmək məqsədilə sorğu təşkil etdik. Bu da birmənalı qarşılanmadı. Bir qisim valideyn övladını məktəbə göndərmək istəsə də, çoxluq distant təhsilə keçilməsinin tərəfdarı idi. Ona görə də qərarın vaxtında qəbul edildiyini düşünürəm”.

E.Əmrullayevin sözlərinə görə, növbəti həftələr ərzində əgər COVID-19-a yoluxma sayları aşağı düşərsə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biri olacaq: “Gərək ictimaiyyət də vəziyyəti düzgün başa düşsün. Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Regionlarda ayrı-ayrı məktəblərdə yoluxma faktları olanda distant təhsilə keçirilir. Hər gün distant təhsilə keçən məktəblər olur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər