İsti çay xərçəng riskini artırır - Həkim
Dərc olunub:
5-04-2021, 08:40
Çayın 65 dərəcədən yuxarı temperaturda içilməsi həzm yolunun xərçəngi riskini artırır.
Bunu türk həkim, professor Vedat Geral deyib.
"Bu xəstəliyin genetik əsası var, lakin xarici təsirləri də müşahidə etmək mümkündür. Aparılan araşdırmalara görə, Türkiyənin şərqində, Çində, Qazaxıstanda, Tacikistanda və Özbəkistanda çay və isti içkilərin çox miqdarda içilməsinə görə həzm yolunun xərçəngi daha çox müşahidə olunur", - həkim qeyd edib.
Onun sözlərinə görə, insanın siqaret çəkməsi və ya alkoqollu içkiləri qəbul etməsi həmin xəstəliyin inkişafına şərait yaradır.