Sizin Reklam Burada

Bu şirkət bölgənin inkişafına belə töhfə verir - FOTOLAR

Bu şirkət bölgənin inkişafına belə töhfə verir - FOTOLAR“Monte Ferro” şirkəti Şimal-Qərb bölgəsində fındıqçılığın inkişafı və işsiz kənd əhalisinin məşğulluğunun təmin olunması istiqamətində sistemli və dayanıqlı fəaliyyət həyata keçirir.

Fındıqçılıq Azərbaycanın aqrar iqtisadiyyatının mühüm tərkib hissəsidir. Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi hazırkı dövrdə dövlətin effektiv fəaliyyət göstərən aqrar sektora ehtiyacı daha qabarıq hiss olunur. Effektiv aqrar sektor, iqtisadiyyatın az resurslar sərf etməklə daha yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalına nail olmağı nəzərdə tutur.

Bu mənada çoxşaxəli fəaliyyəti ilə diqqət çəkən “AGA Group”a daxil olan “Monte Ferro” MMC bölgənin potensial imkanlarını düzgün dəyərləndirməklə hər zaman dövlətimizin apardığı məqsədyönlü iqtisadi siyasətə, eyni zamanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Məhz bu istiqamətdəki fəaliyyətlərinin tərkib hissəsi olaraq “Monte Ferro” şirkəti 2016-cı ildə Qax rayonunun Güllük kəndinin əkin üçün istifadə olunmayan, daşlı-kəsəkli, kolluq ərazilərində ekoloji və aqro-texniki təmizləmə aparmaqla ilk dəfə intensiv fındıq bağı salıb.

Kanal32.az-ın məlumatına görə,ümumi sahəsi 128 hektar olan ərazinin 5,5 hektarını tinglik sahəsi təşkil edir ki, burada yetişdirilən tinglər yeni salınmaqda olan bağ sahələrinə köçürülür. Fındıqçılığın intensiv inkişafı, suvarılmanın isə səmərəli təşkili üçün damla suvarma sistemlərindən istifadə olunur. Hazırda fındıq kollarının əkildiyi sahələr növbəti dəfə daşlardan və alaq otlarından təmizlənir.

Qeyd edək ki, Güllük kəndi ərazisində salınan intensiv fındıq bağında Güllük və ətraf kəndlərdən olan xeyli sayda kənd sakini işləyir. Kənd ərazisində belə iş yerlərinin açılması işsiz əhalinin məşğulluğunun təmin olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu da öz növbəsində dövlətimizin işsizliyin aradan qaldırılması istiqamətində atdığı addımlara real dəstəkdir.

Onu da xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” meyvəçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə etməklə kənd əhalisinin bu sahəyə marağının artırılmasına, eyni zamanda sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verib.

Strateji Yol Xəritəsinin hədəflərinə uyğun olaraq “Azərbaycan Respublikasında meyvəçiliyin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Praqramı” layihəsi işlənib hazırlanıb. Dövlət Proqramının icrası nəticəsində meyvə bağlarının ümumi istehsalı, əkin sahəsi və ixracının artması, eləcə də regionların meyvə növləri üzrə ixtisaslaşmasının dərinləşməsi gözlənir. Elə “AGA Group”a daxil olan “Monte Ferro” MMC də respublikamızın şimal-qərb bölgəsindəki dayanıqlı, səmərəli və məqsədyönlü fəaliyyəti ilə sözügedən dövlət proqramlarının effektli icrasına dəstək verir.

Bir sözlə, “Monte Ferro” əmək bazarında iş qüvvəsinin dəyərini qiymətləndirir, işsiz kənd əhalisi üçün rahat iş şəraiti yaradır və əmək haqqının kəmiyyətinə xüsusi önəm verməklə, məşğulluq təminatındakı rolunu ortaya qoyur. Bununla da “Monte Ferro” şirkəti əmək bazarı ilə aqrar sektorda məşğulluq dinamikasının əsas tendensiyalarını fəaliyyətində əks etdirir və cəmiyyətdə yeni çağırışlara uyğun inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər