Sizin Reklam Burada

Tibbi maskalarda qurd var? - Həkim danışdı

Tibbi maskalarda qurd var? - Həkim danışdıSosial şəbəkələrdə koronavirus infeksiyasına qarşı istifadə olunan qoruyucu tibbi maskada “kiçik qurdların olması” iddiası insanlar arasında birmənalı qarşılanmayıb.

Avrasiya.net xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova Report-a açıqlamasında apteklərdən alınan tibbi maskalarda qurdun olmasının mümkün olmadığını deyib:

“Onlar quru və təmiz halda olur. İstifadə etdikdən təxminən ən tezi 2 saat sonra yararsız hala düşdüyündən yenisi ilə əvəzlənməlidir. Nəmlənəndə qoruyuculuğu itdiyindən maskanı tullamaq lazımdır. Qurdun maskada inkişaf etməsi üçün əlverişli şərait olmalıdır. Bu da, təbii ki, həmin maskalarda yoxdur”.

L.Qalimova eyni zamanda vurğulayıb ki, bu gün bütün dünyada ən çox tək istifadəlik qoruyucu maskadan istifadə olunur:

“Maska saatından asılı olmayaraq içəri tərəfdən nəmlənirsə mütləq atılmalıdır. Bəzən elə insanlar olur ki, eyni maskanı uzun müddət istifadə edir və bu qəti düzgün deyil. Nəmli və çirkli maskalar qoruyucu olmur və təhlükəlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər