Sizin Reklam Burada

Siyəzəndə “Azərbaycanlıların soyqırımı günü” anım tədbiri keçirilib

Siyəzəndə “Azərbaycanlıların soyqırımı günü” anım tədbiri keçirilibMartın 31-də zoom tətbiqi vastəsilə Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart “Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş “Unudulmaz faciə” mövzusunda onlayn anım tədbiri keçirilib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Vəfa Əsədova və Heydər Əliyev Mərkəzinin işçisi Aygün İsayeva çıxış edərək mart soyqırımı barədə ətraflı məlumat veriblər.

Çıxışlarda soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq və bir daha belə hadisələrin təkrar olunmaması üçün Vətən müharibəsində göstərdiyimiz milli birliyin nümayiş etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Tədbirin keçirilməsi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10 yarımbəndinin icrasının təmin olunması məqsədi daşıyıb.




#31Mart #AzərbaycanlılarınSoyqırımGünü #31martsoyqırımı #soyqırım # #Genocide #Genocide103 #31marchgenocide #31march1918 #SiyəzənGİİ

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər