Sizin Reklam Burada

"Bu bir barış aktıdır, siyasi dialoq nümunəsidir"

"Bu bir barış aktıdır, siyasi dialoq nümunəsidir"Allah insanı onun azadlığı, haqqı-hüququ ilə birgə yaradıb. Odur ki, istənilən insan üçün azadlıqdan şirin nemət ola bilməz. Bu başqa məsələdir ki, bəzi insanlar bu haqq və hüququnu düzgün dəyərləndirə bilmir, bu və ya digər motivlər əsasında müxtəlif ağırlıqda cinayətlər törədir və beləliklə də özü öz əli ilə, öz əməliylə özünü azadlıqdan məhrumetmə durumuna gətirir. Ancaq yaxşı ki, dövlətçilik ənənələri sistemimizdə əfv ənənəsi, əfvetmə institutu da var. Bu da imkan verir ki, cismani həbs həyatına məhkum edilmiş insanların arasında mənəvi cəhətdən islah olunanlar, nəfsinə qalib gələnlər, tutduğu əməlindən gerçəkdən də peşman olanlar dövlətin humanist qərarıyla mükafatlandırılsın, əfv olunsun, yenidən azadlığına qovuşdurulsun. Prezident İlham Əliyevin 18 mart tarixində imzaladığı əfv sərəncamına ("Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama) da məhz bu kontekstdən yanaşmaq lazımdır.

Sərəncama əsasən, 625 nəfər məhkumun həyatında taleyüklü dəyişiklik baş verdi. Belə ki, 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edildi. 98 nəfərin cəzası yarıyadək azaldılıb. 3 nəfər ömürlük məhkumun cəzası isə 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzləndi. Beləliklə, bu gün yüzlərlə insanın ailəsinə, körpəsinə qovuşması üçün “yaşıl işıq” yandırılmış oldu. Prezident İlham Əliyevin bir sərəncamı ilə azadlığa qovuşan 625 nəfərin ailəsində Novruz bayramı ikiqat bayrama çevrildi. Bu əfvin məhz milli bayramımızın qeyd olunduğu dönəmə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir və möhtəşəm humanist aksiyadır.

Siyasi məhbusların da əfv olunduğu bu aksiyanı heç şübhəsiz ki, siyasi məzmunu da var. Belə ki, bu sərəncam siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsə şamil edilib. 625 nəfərin arasında təxminən 40 nəfər şəxsin adları siyasi məhbus siyahılarında yer alırdı. Onlardan bir neçəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. 3 nəfəri “Gəncə qiyamına” görə həbs edilmiş şəxslərdir. Eləcə də, “Nardaran məhbusları" da əfv edilənlərin sırasındadır. Bütün bunları nəzərə alaraq Prezidentin dünən imzaladığı sözügedən əfv sərəncamını müəyyən mənada siyasi amnistiya aktı kimi də qiymətləndirmək olar. Bu bir barış aktıdır, siyasi dialoq nümunəsidir. Biz bu sərəncama görə Prezident İlham Əliyevə təşəkkür edir, əfv olunan şəxsləri və onların doğmalarını isə təbrik edirik. Qoy ölkədə və ailələrdə hər zaman barış atmosferi hökm sürsün.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər