Şəhid Cabbar Zeynalov: “Ana mən səni çox sevirəm amma inanki vətənimi səndən də çox sevirəm!”

Şəhid Cabbar Zeynalov: “Ana mən səni çox sevirəm amma inanki vətənimi səndən də çox sevirəm!”Bəli bu sözlər kerçək bir həyat hekayəsidir. Şəhid Cabbar Zeynalovun 2017-ci ildə dediyi bu sözlər 44 günlük VƏTƏN müharibəsində vətənpərvər Azərbaycan gəncinin əsas devizinə çevrildi. Şəhid Cabbar Zeynalovun həyat hekayəsi də bütün şəhidlərimiz kimi çox həyacanverici və ibratəmizdir. Şəhid Cabbar Zeynalovu tanıyaq o, 23 mart 1999-cu il tarixdə Saatlı rayonun Heydərabad kəndində doğulub. İlk orta təhsilini Heydərabad kəndində aldıqdan sonra tam orta təhsilini Saatlı rayonun Dədə Qorqud kəndində alıb.05 aprel 2017-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, 23 oktaybr 2017-ci il tarixdə şəhid olub. Heydərabad kənd sakinləri şəhid Cabbar Zeynalovu ədəb-ərkanlı, milli dəyərlərə bağlı bir gənc kimi tanıyıblar. Ancaq anası Kübra Zeynalova üçün isə o bir oğul həm də sirdaş olub.
5 aprel 2017-ci il tarixdə hərbi xidmətə yola salarkən anası Kübra xanım onun dalınca su atandan sonra oğlunun geriyə ona dönüb baxmasını indidə həyacanla danışır. Və son görüş 16 sentaybr 2017-ci il tarixdə şəhid Cabbar Zeynalovla anası Kübra xanımın son görüşü.... ! Cabbar telefonla zəng vuraraq onunla görüşə gələn anasından dondurma və qarpız gətirməsini xahiş edir. Sentayabr ayı olmasına baxmayaraq Kübra xanım oğlunun sifarişlərini tam yerinə yetirir xidmətdə olduğu Tər-Tər rayonunun bazardan çətinliklə qarpız tapır. Kübra xanım həyat yoldaşına Tər-Tərtərdə deyib: “ Firudin əgər Cabbarın dediklərini almasam Saatlıya geri qayıdıb hökmən qarpız tapıb alacam mən oğlumun istəklərini yerinə yetirməliyəm”. Şəhid anası Kübra Zeynalova yolda qərara gəlir ki, bir dənədə tort alsın və belə də edir. Son görüşün bütün hiss və həayacanını bir daha Kübra xanımın dilində eşidirik. O, görüşün hər saniyəsini hər anını müqəddəs xatirə kimi qəlbində saxlayır Kübra ana. Cabbar totru kəsdi zabit və əsgər yoldaşları başına yığışdılar özümü bir anlıq oğlumun toyundakı kimi hiss etdim. Sonra Cabbar anasına xidmət etdiyimiz yeri görmək istəyirsənmi gedək bax söyləsə də Kübra ana isə hərbi qaydaları pozmasın deyə oğlunun bu təklifindən imtina edib. Sonra iklikdə ana və övladı dərdləşiblər... Son görüş son dərləşmə. Ana oğluna özünü qormağı tapşırır deyir ki, sən bilirsən ki mən sənin arzularınla yaşayıram sənin toyunu görmək istəyirəm.

Cabbar Zeynalov anasına vəziyyətin yaxşı olduğunu və narahatçılığa heç bir əsas olmdığını söyləyir. Ana oğluna sən gələnə kimi toy hazırlığını edəcəm ki, gələn kimi toyunu edək. Cabbar anasına öz razılığını bildirsə də tələsməməyi tövsiyyə edir. Gələcək həyat yoldaşı haqqında da ana ilə oğul arasında söhbət olur. Kübra xanım oğlunun sevgilisinin kimliyini açıqlamasa da onun yaxın qohumlardan olduğunu və oğlunun onu çox sevdiyini bildirir. Son görüşdə şəhid Cabbar Zeynalov anasına deyir: “ Mən Ağdərəyə, Xankəndinə qıraqdan baxanda xəcalət çəkirəm biz o torpaqlara qayıtmalıyıq, ona görə toya tələsmə inşallah torpaqlarımızı azad edək sonra evlənərəm!”.

Anası ona arzumu gözümdə qoyma söyləməsinə şəhid Cabbar Zeynalov: “Ana mən səni çox sevirəm amma inanki vətənimi səndən də çox sevirəm!”. 23 oktyabr 2017-ci il tarixdə şəhid Cabbar Zeynalov canından artıq sevdiyi vətəni uğrunda şəhid oldu.Ananın arzuları yarımçıq qaldı. Lakin şəhidin ruhu şaddır amalı uğrunda şəid olduğu torpaqlar indi düşmən tapdağından azad olundu.

Səməd VƏKİLOV