Sizin Reklam Burada

Sadiq Qurbanov: Prezident güclü məntiqi və səmimi cavabları ilə beynəlxalq medianın rəğbətini qazandı

“Prezident İlham Əliyev Xocalı soyqrımının 29-cu ildönümündə 24 televiziya kanalı tərəfindən canlı yayımlanan, ABŞ, Böyük Britaniya, İran, İspaniya, Türkiyə, Rusiya və başqa ölkələrdən gələn 100-ə yaxın xarici jurnalistin, o cümlədən yerli medianın iştirakı ilə geniş mətbuat konfransı keçirdi. Ölkə başçısı ən müxtəlif mövzularla bağlı jurnalistlərin çoxsaylı suallarını cavablandırdı. Xüsusən, Vətən müharibəsindən sonra Azərbaycanın milli strategiyasını açıqladı, Qarabağdakı cinayətkar separatçı qalıqların, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı cəmiyyətdəki müəyyən narahatlıqları aradan qaldırdı. Bu, Prezident tərəfindən atılan olduqca mühüm və təqdirəlayiq addım idi."

Bu sözləri “İki sahil"ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

S.Qurbanov Prezidentin Xocalı mövzusunda dediklərindən sitat gətirərək, bu fikirlərin günün anlam və önəminə uyğun olduğunu vurğulayıb: “Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Xocalıya qayıdacağıq, başqa yolu yoxdur. Bunu Ermənistan da anlamalıdır, süni əngəllər yaratmağa çalışsa, ancaq özünə əngəl ola bilər."

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin 4 saatdan artıq dünya mediasının suallarını cavablandırması 44 günlük qalibiyyətli Vətən müharibəsindən sonra Ali Baş Komandanın dünya informasiya məkanında qazandığı möhtəşəm uğurudur: “Prezident 4 dildə - ingilis, rus, Türkiyə türkcəsində, fransız dilində verilən sualları cavablandıraraq, güclü məntiqi və səmimi cavabları ilə beynəlxalq medianın rəğbətini qazandı. Bunu mətbuat konfransının gedişində yaranan ab-havadan da hiss etmək olurdu. Ölkə başçısı Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini səmimi, sadə, eyni zamanda əhatəli təhlil aparmaqla dünya ictimaiyyətinə çatdırdı.

Milli Məclisin komitə sədrinin sözlərinə görə, dövlət başçısı xüsusilə ağır keçən pandemiya ilində dünyada insan amilinə müxtəlif yanaşmaları ortaya qoydu və Azərbaycanın apardığı siyasətin əsaslarını izah etdi.
S.Qurbanov Prezidentin çıxışdan sitat gətirərək, orada gələcəyə baxışların aydın təsvir olunduğunu qeyd edib: “Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik? Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımızı atacağıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır."

Deputat əmin olduğunu bildirib ki, mətbuat konfransında iştirak edən media təmsilçiləri, eyni zamanda cənab İlham Əliyevin çıxışını izləyən insanlar “xalqın lideri necə olmalıdır” sualına özlərində cavab tapdılar: "Mən fəxr edirəm ki, cənab İlham Əliyev kimi prezidentimiz var! Azərbaycan xalqı çox şanslıdır ki, onun Prezident İlham Əliyev kimi lideri var."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər