Sizin Reklam Burada

Dövlət büdcəsindən DSMF-yə transfert məbləği azalıb

Dövlət büdcəsindən DSMF-yə transfert məbləği azalıbSon 3 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində 39%, o cümlədən sosial sığorta haqları üzrə daxilolmalarda 70% artım qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, bu dövrdə DSMF gəlirlərində 39% və ya 1 milyard 327 milyon manat artım qeydə alınmaqla, gəlirlər 2020-ci ildə 4 milyard 748 milyon manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalar 70% və ya 1 milyard 467 milyon manat artaraq, ötən il 3 milyard 553 milyon manata çatıb. MDSS haqları üzrə Fonda daxilolmalarda artım dövlət sektoru üzrə 84%, özəl sektor üzrə 63% səviyyəsində özünü göstərib.

DSMF gəlirlərində yığımın mütəmadi artımı, sosial təminat sistemində şəffaflığın təminatı və Fondun fəaliyyətinin optimallaşdırılması sahəsində ardıcıl tədbirlər Fondda 2018-ci ildə 22 milyon, 2019-cu ildə 197 milyon və 2020-ci ildə 235 milyon manat ehtiyat vəsaitin yaranmasına imkan verib.

Sosial ödənişlərin ciddi şəkildə optimallaşdırıldığı və təkmilləşdirildiyi, son 3 ildə əhaliyə ödənişlərin 1,3 milyard manat artdığı şəraitdə dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləği son üç ildə 10% azalıb.

Əgər 2018-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsindən ödənilən bu məbləğ DSMF büdcəsinin 38,1 faizini təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 26 faizə düşüb. Beləliklə DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlığı gücləndirilib.

Artım dinamikası fərdi uçot sistemi ilə əhatə olunanların sayının da çoxalması ilə müşahidə olunub. Fərdi şəxsi hesabı olanların sayı 2018-2020-ci illərdə 24% artaraq, 3 542 131 nəfərdən 4 382 297 nəfərə çatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər