Sizin Reklam Burada

“Son 4 ildə işə gəlməyib” - AzTV-dən daha bir açıqlama

“Son 4 ildə işə gəlməyib” - AzTV-dən daha bir açıqlamaDünən AzTV-nin qarşısında etiraz aksiyası keçirməyə cəhd edən qurumun keçmiş əməkdaşı Saidə Vəliyeva ilə bağlı yeni məqamlar ortaya çıxıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva açıqlamasında bildirib ki, S.Vəliyeva 2009-cu ildə o zamankı sədr Arif Alışanovun əmri ilə işəmuzd olaraq redaktor kimi işə götürülüb:

“Saidə Vəliyeva ilk illərdə kiçik həcmli işlərinə görə az miqdarda qonorar alsa da, son 4 ildə, yəni 2016-2020-ci illərdə ümumiyyətlə işə gəlməyib. Təbii ki, belə olan halda onun qonorar alması da mümkün deyildi. Yəni S.Vəliyevanın işdən çıxarılması onun maddi vəziyyətinə heç bir təsir göstərməyib. Amma burada maraqlı məqam ortaya çıxır. Bu qurumdan heç bir maddi gəliri olmayan və ümumiyyıtlə işə gəlməyən şəxs nəyə görə AzTV-də adının getməsində bu qədər maraqlıdır? Bəlkə peşəsinə olan “sevgidən?” Əlbəttə ki, xeyr. S.Vəliyeva illərdir ev alqı-satqısı ilə məşğuldur. Bir sözlə, maklerdir. Görünür alverçi kimi ona TV-nin vəsiqəsini daşımaq daha təhlükəsiz və etibarlıdır. Belə olmasaydı, Saidə Vəliyeva işdən çıxarılarkən “İstənilən işə razıyam, hətta xadimə kimi işləyərəm. Təki AzTV-nin vəsiqəsi məndən alınmasın”, deməzdi.

Nərgiz Rəfiyeva bildirib ki, belə olmasaydı, S.Vəliyeva TV-nin adından yararlanmaqla müxtəlif banklardan yüksək miqdarda kreditlər götürməzdi:

"Hətta 2016-cı ildə banklardan birindən götürdüyü krediti ödəyə bilmədiyi üçün İcra və probasiya şöbəsi AzTV-yə məktubla müraciət edərək, onun əməkhaqqının kreditin ödənişinə görə tutulmasını xahiş edib. Lakin televiziyanın bu məsələdən məsul şəxsləri həmin vaxt məktuba rəsmi cavablarında bildiriblər ki, Saidə Vəliyeva son zamanlar qonorar almadığı üçün bu, mümkün olmayacaq.

Bundan əlavə, Saidə Valiyeva işlədiyi yerdən heç bir qonorar almadığı halda dəfələrlə kreditə telefonlar götürərək ödənişini etməyib. Buna görə də AzTV-yə İcra və probasiya şöbəsindən bir neçə dəfə müraciət edilib. Bütün bunlara rəğmən, sədr Rövşən Məmmədov dəfələrlə S.Vəliyeva ilə görüşüb, onu məsuliyyətə çağırıb. Üstəlik, həmin xanıma, özünün dediyi kimi, layihə hazırlamaq üçün 3 gün yox, 2 həftə zaman verilib. 2 həftədən sonra düşündüyü ssenarinin sinopsisi, yəni 1 səhifəlik yazılı ssenarisi istəniləndə, “mən hələ düşünürəm” cavabını verib. Belə əməkdaşla nəyə və hansı əsasla işləyə bilərik?”

N.Rəfiyeva qeyd edib ki, qurumun keçmiş əməkdaşının ali təhsili belə olmayıb: “Sözügedən şəxs hətta özünün tərcümeyi-halında saysız-hesabsız qrammatik və orfoqrafik səhvlərə yol verib. Sizə faktı da təqdim etmişik. Bizi də maraqlandıran odur ki, belə bir savada malik şəxs hansı əsasla “redaktor” kimi çalışa bilər?"

Qanuna gəlincə, şöbə rəisi vurğulayıb ki, S.Vəliyevanın müqaviləsinə xitam verilməsi ilə bağlı prosedur bütün normalara əməl edilərək icra olunub: “Ona iki ay öncədən - ötən ilin avqust ayının 17-də işdən çıxarılacağı ilə bağlı rəsmi xəbərdarlıq edilib. Qeyd olunub ki, oktyabrın 18-də müqaviləsinə xitam veriləcək. Digər maraqlı məqam isə S.Vəliyevanın işdən azad olunandan təxminən 1 ay sonra “aktiv fəaliyyətə” keçməsidir. Görünür, qısa zaman ərzində kimdənsə xüsusi tapşırıqlar alan keçmiş əməkdaş bir müddətdir ki, sosial şəbəkədə və əməkdaşlıq etdiyi saytda əsassız ittihamlar və şayiələrlə özünə diqqət cəlb etməyə çalışır. Hətta AzTV-yə qarşı böhtan, qarayaxma kampaniyası aparır, qurumun vəzifəli şəxsləri barədə təhqirlər yazır. Bununla da qurumun işguzar nüfuzuna xələl gətirir.

Lakin o və onun kimilər nəhayət anlamalıdırlar ki, TV-də yalnız sağlam düşüncə və savadı olan, mədəni və intellektual səviyyəsi yüksək insanlar çalışa bilərlər. Biz AzTV-də S.Vəliyeva və bəzi “həmkarlarımızın” iddia etdiyi kimi, qohumluq və tanışlıqla deyil, məhz bacarıqlı, istedadlı və savadlı kadrların toplanmasına və əməklərinin qiymətləndirilməsinə çalışırıq. Buna görə də zaman-zaman işçilərin məhsuldarlığı, davamiyyəti və digər keyfiyyətlər nəzərdən keçirilir, təhlil olunur. Tələblərə cavab verməyən işçilər barəsində isə istənilən normal idarədə, nazirlikdə, televiziyada olduğu kimi, ciddi tədbirlər görülür. Odur ki, AzTV-də şəffaflığın, səmərəli işin təmini, müasir tələblərə cavab verən proqramların hazırlanması və sözün əsl mənasında peşəkar kadr potensialının formalaşması üçün proses bundan sonra da davam edəcək”.
Z



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər