Tağı Əhmədov xəstəxanaya yerləşdirildi

Tağı Əhmədov xəstəxanaya yerləşdirildiBakı Metropoliteininin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb.

Avrasiya.net “Yeni Sabah”a istinadən xəbər verir ki, onun ayaqları tutulub. T. Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Onun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub. Hazırda Metropoliteininin keçmiş rəisinin durumunun ağır olduğu bildirilir.