Sizin Reklam Burada

Şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olundu

Şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olunduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, post-müharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub.

Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.

Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.

Aparılmış sosial ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər