Hərəkat hesabat verdi, İdarə Heyətinə seçki keçirdi

Hərəkat hesabat verdi, İdarə Heyətinə seçki keçirdiAzərbaycan Vətəndaş Hərəkatının (AVH) Məclisnin toplantısı keçirilib. Hesabat-seçki xarakteri daşıyan toplantı Hərəkatın bir illik fəaliyyətinin yekununa həsr edilmişdi. İclasda Azər Həsənsoy, Hacı Həsənov, Aydın Allahverdiyev, Ceyhun Bayramlı, Elçin Xalidbəyli, Fərman Salamanlı, Taleh Cəfərov, Vüsal Hətəmov, Bəşir Ələz, Azər Sərxanoğlu, Mübariz Göyüşlü, Asim Kazımlı, Elxan Əhmədov, Sahil Abbaslı iştirak etmişlər.

Azər Həsənsoyun sədrliyi ilə onlayn formatda keçirilən toplantıda ilk olaraq Hərəkatın icraçı direktoru Mübariz Göyüşlü tərəfindən bir illik hesabat oxunulmuş və səsə qoyularaq yekdilliklə müsbət qiymətləndirilmişdir. Hesabatın media və sosial şəbəkələrdə paylaşılması razılaşdırılmışdır.

Daha sonra İdarə Heyəti (İH) üzvlərinin seçkisi, o cümlədən Hərəkatın Əsasnaməsində onların səlahiyyət müddətinin bir illik müəyyənləşdirilməsi məsələləri müzakirəyə çıxarılmışdır. Məclis üzvləri səsvermə ilə İH-nin say tərkibinin beş nəfər olaraq müəyyən edilməsini razılaşdırmış, qarşıdakı bir illik müddətə İdarə Heyətinə Azər Həsənsoy, Hacı Həsənov, Aydın Allahverdiyev, Mübariz Göyüşlü və Ceyhun Bayramlı seçilmişlər.
AVH Məclisinin toplantısından sonra İdarə Heyətinin iclası keçirilmişdir. Növbəti üç aylıq müddət üçün İH-yə sədrlik səsvermə nəticəsində Aydın Allahverdiyevə həvalə edilmişdir. Qarşıdakı bir il ərzində isə Hərəkatın icraçı direktoru vəzifəsinə Mübariz Göyüşlü seçilmişdir. Toplantıda cari məsələlər, AVH-nin gələcəkdə görəcəyi işlər, keçirəcəyi tədbirlər, görüşlər, o cümlədən təşkilata ziyalıların, xüsusən qadınların və gənclərin cəlb edilərək təşkilatlanması geniş müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir.