Vilayət Eyvazov rəisi sərəncama göndərdi

Vilayət Eyvazov rəisi sərəncama göndərdiDaxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov sərəncama göndərilib.