Sizin Reklam Burada

Medianın rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlər görüləcək - Əhməd İsmayılov

Medianın rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlər görüləcək - Əhməd İsmayılov"Bu gün dünyada media sərhədlərinin silinməsi, elektron informasiya cəmiyyətinə keçid nəticəsində kütləvi informasiyanın yayılma sürətinin kəskin artması, media məkanın dünyaya açılması yerli media subyektlərini aparıcı xarici media subyektləri ilə vahid informasiya mühitində rəqabət aparmaq reallığı ilə qarşı-qarşıya qoymuşdur. Bu vəziyyət beynəlxalq praktikanın dərindən öyrənilməsini, dünyanın qabaqcıl media subyektlərinin fəaliyyət prinsiplərinin araşdırılmasını, bu sahədə təcrübə mübadiləsinin aparılmasını tələb edir. Buna görə də xarici media subyektləri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində zəruri addımların atılması planlaşdırılır".

Bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun AZƏRTAC-a müsahibəsində yer alıb.

Əhməd İsmayılov qeyd edib ki, bundan sonrakı dövrdə Agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə zəruri məlumatlar toplanacaq, ictimai rəyin öyrənilməsi üçün tədbirlər görüləcək və müvafiq təhlillər aparılacaqdır.

“Bununla yanaşı, bir məsələyə diqqət çəkmək istərdik ki, onlayn media subyektlərinin fəaliyyətinə dair məsələlər də Agentliyin səlahiyyət dairəsinə daxil edilmiş, onların informasiya məkanındakı rolu nəzərə alınmaqla fəaliyyətlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub.

Media sahəsində fəaliyyət göstərən subyektlərə, onların redaksiyalarına və jurnalistlərə dair məlumatların sistemləşdirilməsinə, nəticədə yerli media məkanının ümumi xəritəsinin və mənzərəsinin formalaşdırılmasına şərait yaradılması məqsədilə müvafiq informasiya bazasının yaradılması qarşıda duran vəzifələr sırasındadır. Bu yolla keyfiyyətli xəbər istehsalının təmin edilməsinə, bu sahədə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə, həmçinin kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətində inkişafa nail olunacaq”, - deyə İcraçı direktor əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər