Sizin Reklam Burada

Vüqar Səfərli Əli Həsənova nə qədər ödəyirmiş? – Rəsmi

Vüqar Səfərli Əli Həsənova nə qədər ödəyirmiş? – RəsmiBu gün KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin həbsi ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda maraqlı bir məqam da diqqət çəkib.

Axar.az xəbər verir ki, Baş Prokurorluq Vüqar Səfərlinin "yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamaqla, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurduğunu" üzə çıxarıb.

Məlumat üçün bildirək ki, göstərilən ünvandakı müəssisə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsusdur.

Beləliklə anlaşılır ki, V.Səfərli "qeyrilər"dən biri olan Ə.Həsənova yalnız icarə üçün 8 il ərzində 812 min manat ödəyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər