Sizin Reklam Burada

Şok: Həsənov Heydər Əliyevin açdığı məkanı 1 manata ələ keçirib

Şok: Həsənov Heydər Əliyevin açdığı məkanı 1 manata ələ keçiribBu günlərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənova məxsus 6 şirkətin ləğv olunması barədə məlumat yayıldı. Həmin qurumların hüquqi ünvanı kimi Bakı şəhəri Səbail rayonu F.Əmirov küçəsi 1 göstərilmişdi.

Bu sözləri Axar.az-a açıqlamasında Jurnalistlər Birliyinin üzvü, “Azərkitab” Birliyinin sabiq rəisi Rauf Məmmədzadə deyib.

O bildirib ki, əvvəllər həmin ünvanda məşhur “Kitab evi” fəaliyyət göstərib:

“Bu “Kitab evi” 1980-ci ildə ulu öndər Heydər Əliyevin birbaşa göstərişi və iştirakı ilə açılmışdı. Qeyd edim ki, açılışda Sov İKP MK-nin Baş katibi Leonid Brejnev də iştirak edib. “Kitab evi” keçmiş SSRİ-də sahəsinə görə 2-ci idi (2400 kv/metr).

Çox təəssüf ki, obyekt 2001-ci ildə Əli Həsənovun yaxınları tərəfindən özəlləşdirildikdən sonra əvvəlki profili dəyişdirildi və oradakı kitablar makulatura kimi təhvil verildi. Deyilənə görə, obyekt simvolik qiymətə - 1 kv/metri 1 manata özəlləşdirilib. Çox təəssüf ki, bu barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığım sorğulara tam cavab ala bilməmişəm.

Fikrimcə, belə özəlləşmə gec də olsa ləğv edilməli, “Kitab evi”nin əvvəlki fəaliyyəti bərpa olunmalıdır. Bu, eyni zamanda dahi öndərin ruhuna böyük hörmət əlaməti olardı”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər