İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi - Foto

İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi - FotoVətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid olması xəbəri gəlib.

Avrasiya.net xəbər verir ki, 44 günlük müharibənin iştirakçısı olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddətdir xəbər yox idi. Ötən gün onun yaxınları döyüşçünün şəhid olduğu barədə xəbər alıblar.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.

Allah rəhmət eləsin!