Sizin Reklam Burada

ELEKTRON VƏTƏNDAŞ KİMDİR?

ELEKTRON  VƏTƏNDAŞ  KİMDİR?İnformasiyalaşdırma prosesi cəmiyyətin həyatının bütün sahələrini əhatə edir. Dövlət orqanlarının fəaliyyəti də istisna deyil, burada informasiyalaşdırma elektron-hökumətin yaranmasına səbəb olur, onun yanında isə electron-vətəndaş yaranır.

Elektron-hökumət formalaşması konsepsiyası dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi hesabına vətəndaşların və təşkilatların dövlət xidmətinin və dövlət orqanlarının fəaliyyətinin nəticələri haqqında informasiyanın alınmasında operativliyi və rahatlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını təmin etməklə yeni forma kimi şərh edilir. Bu tərifə görə, elektron-hökumət dövlət idarəçiliyini deyil, İnternetdən kütləvi istifadə edildiyi dövrdə, dövlətin əhaliyə və təşkilatlara xidmət göstərən kimi görülən inzibati islahatların keçirilməsi nəticəsində ortaya çıxan strukturu təmsil edir.

İnformasiya cəmiyyəti və elektron-hökumətin qurulması müasir dövrdə dövlət işçilərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində uyğun professional kompetensiya, bacarıq, səriştə formalaşdığı halda mümkündür. Elektron-hökumətin fəaliyyətinin səmərələliyi, həmçinin onun yaranması üçün tələb olunan şəraitin olmasından, cəmiyyətin isə belə dəyişikliklərə hazır olması şərti ilə tələb olunan səlahiyyətlərə malik olmasından asılıdır. Bu cür ilkin şərtlərin mövcudluğu yeniliklərə üzvi şəkildə “kök salmağa” imkan verir.

Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, hazırda dövlət elektron-hökumətin inkişafı üçün zəruri olan şəraiti yaratdığı, həyatın keyfiyyətini yaxşılaşdırmaq üçün sosial həyatın bütün sahələrinin informasiyalaşdırılması həyata keçirildiyi vaxt, vətəndaşların elektrik xidmətlər üçün lazım olan yeni bilik və vərdişlərə yiyələnməklə yaranan imkanlardan istifadə etmələrinə imkan yaranır. Əslində vəziyyət necədir? Məsələ ilə tanışlıq göstərdi ki, vətəndaşlar hələlik yenilikləri əldə etmək üçün kifayət qədər imkanlara malik deyillər, ənənəvi üsullara üstünlük verirlər.

Yuxarıda qeyd etmiışdik ki, elektron-hökumətin formalaşmasına olan təşəbbüslərə cavab olaraq elektron-vətəndaşın tərbiyə edilməsinə yönəlik işlər məntiqi görünür. Müasir informasiya cəmiyyətində getdikcə daha tez-tez səsləndirilən elektron-vətəndaş anlayışının müəllifinin kim olduğu bilinmir. Bu anlayış bütün dünyada cəmiyyətin hər tərəfli informasiyalaşdırılmasına və elektron-hökumətin formalaşdırılmasına qarşı olan reaksiya olaraq yaranmışdır. Bu gün, ilk baxışda sadə və anlaşılan söz birləşməsinin hamı tərəfindən qəbul edilən tərifi mövcud deyil. Ona görə elektron-vətəndaş anlayışının məzmunu haqda formalaşdırmağa çalışaq.

Başlanğıc olaraq, onun yaşını, təhsilini, fəaliyyət sahələri, hətta, yaşayış yerini nəzərə alaraq, e-vətəndaşın nümunəvi portretini çəkməyə çalışaq. Nümunə olaraq Yer kürəsinin, informasiya texnologiyalar barədə biliklərə sahib olan və fərdi komputerdən dünya standartlarına uyğun olan əsas proqram əlavələrindən istifadə vərdişləri olan hər bir sakinini götürmək olar.

Hesab edilir ki, e-vətəndaş adətən ali təhsili olan insandır. Ümumdünya toru – İnternet onun üçün kommunikasiya vasitəsi, o cümlədən həm xidməti informasiya üçün, iş, təhsil və asudə vaxt üçün zəruri olan informasiya mübadiləsi vasitəsidir.

Aparılan araşdırmalar dediklərimizi təsdiq edir, belə ki, ölkədə İnternet istifadəçilərinin əksəriyyəti natamam ali, ali, bəzən iki ali təhsili olanlar və ya elmi dərəcələri olanlardır. Qeyd etmə vacibdir ki, şəxsiyyətin e-vətəndaşa çevrilməsi əsasən böyük və orta şəhərlərdə baş verir. Məhz burada informasiya qarşılıqlı fəaliyyəti üstünlük təşkil edir, bu cür kommunikasiyalar üçün texnoloji imkanlar cəmləşir. İnsanlar və təşkilatlar arasında informasiya mübadiləsi əsasən İnternet vasitəsilə baş verir.

E-vətəndaş barədə danışarkən, bir aspekti qeyd etməmək düzgün olmaz, bu məsələ müəyyən vərdişlər və bacarıqlara malik olmalı olan subyektin kompetent, səlahiyyətli olması məsələsidir. E-vətəndaşa bütün ölkələrdə, hər yerdə tələb olunan vərdişlər haqda vahid siyahı olmadığı üçün, bu tələblər bu və ya digər ölkənin xüsusiyyətlərinə, ilin fəsillərinə və hətta informasiya texnologiyalarının inkişaf səviyyəsinə uyğun dəyişə bilər. Bu tələblərin müxtəlifliyi, onları irəli sürənlərin kim olmasından asılıdır. Bu tələblər e-vətəndaş üçün təşkilatın, birliyin, ictimaiyyətin və hakimiyyətin mövqeyindən asılı olaraq tələb olunan bacarıqlardan asılı olaraq formalaşacaq. E-vətəndaş ilk növbədə komputerdən əminliklə istifadə etməli, həmçinin imkan daxilində komputerlə bağlı yardımcı vasitələrdən (çoxfunksiyalı qurğular, modemlər, veb kamera) və özündə mətn prosessoru, cədvəllər, baza məlumatı, prezentesiyalar və s. əhatə edən standart proqram paketindən istifadə etməyi bacarmalıdır. Belə biliklərə sahib olmaq artıq indi əksər təşkilatlarda işə qəbul zamanı zəruri şərt olaraq tələb edilir. E-vətəndaş həmçinin İnternet şəbəkəsində işləməyi bacarmalıdır. İnternet məkanda onun oriyentasiya vərdişləri internet-brauzerlə işləməyin, işin əsasları da daxil olmalıdır. Bunun üçün vətəndaş, istifadəçi onların hansı növləri olmasını və təyinatını bilməlidir. Bundan başqa İnternetdə tam olmanın ayrılmaz şərtlərindən biri, müxtəlif poçt servislərində qeydiyyatdan keçmiş elektron poçtdan istifadə də daxildir. O, istər fərdi, istərsə də kommersiya məqsədi ilə informasiya kommunikasiya üsulu olaraq xidmət edir. Elektron poçt istifadəçiyə müxtəlif saytların resurslarına tam çıxış əldə etməyə kömək edir.

Qeyd etmək vacibdir ki, İnternet açıq sahə olduğundan bütün insanlar, o cümlədən fırıldaqçılar da istifadə edirlər. Ona görə e-vətəndaş İnternet məkana girəndə ehtiyatlı olmalı və özünün fərdi komputerinə və orada olan informasiyaya zərər verə bilən hərəkət və hadisələri tanımağı bacarmalıdır. Bu tələblər hamı üçün ümumi olduğu səbəbindən sosium və ya təşkilatlar tərəfindən e-vətəndaşa tətbiq edilir. Hakimiyyət orqanları hesab edir ki, e-vətəndaş yuxarıda saydığımız bacarıqlara malik olmaqdan əlavə, hakimiyyət orqanları ilə İnternet vasitəsilə qarşılıqlı fəaliyyətdə olmağa imkan verən, xüsusil də, dövlət hakimiyyəti orqanlarının portalları ilə əlaqə saxlamağı bacarmalıdır.

Cəmiyyətin fəal, artan informasiyalaşdırılması prosesində vətəndaşlara göstərilən xidmətlər özünün “elektronlaşdırılması” nəticəsində daha əlçatan olur. İnternet xidmət sahəsinə təkcə kommersiya deyil, həm də dövlət strukturları da keçirlər. Onlar öz fəaliyyətlərini nizamlayan və vətəndaşlara lazım olan bütün informasiyaları əhatə edən portallar və saytlar yaradırlar; öz işləri haqda hesabatlar çap edir, təqdim edilən xidmətlər haqda məlumat verirlər. Onlar şəxsi iştirakın məcburi olmadığı müxtəlif idarələri dövlət xidmətlərini elektron formata keçirirlər.

Bu səbəbdən e-vətəndaş dövlət orqanlarının uyğun saytını tapmağı bacarmalı, orada yerləşdirilən informasiyanı qəbul etməli, İnternet vasitəsilə hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyəti həyata keçirməli, onların fəaliyyəti barədə elektron formalar doldurmaq vasitəsilə iradlarını ifadə etməyi, iş, xidmət göstərilməsi və mal çatdırılmasını sifariş etməyi bacarmalıdır. İnternet həmçinin vətəndaşlara hakimiyyət orqanlarının işinə nəzarət etmək, onlayn rejimdə onların fəaliyyətində olan nöqsanlar barədə informasiya verməyə imkan verir.

Vətəndaşların siyasi həyatla maraqlarının çoxalması, özünün ictimai, sosial əhəmiyyətini dərk etməsi, həmçinin e-vətəndaşın şüurunun formalaşmasına və inkişafına kömək edir. Yaxın gələcəkdə hər bir vətəndaş öz hərəkətləri ilə dövlətin idarəçiliyində bir çox problemlərin həllinə təsir edə biləcək, bu səbəbdən də, vətəndaşda informasiya qarşılıqlı fəaliyyətində və kommunikasiya sahəsində öz vərdişlərini inkişaf etdirmək üçün stimul yaranır.

Nəticədə vətəndaş dövlətin həyatında özünün iştirak imkanlarını ciddi şəkildə genişləndirir və ölkədə baş verən proseslər barədə öz mövqeyini ifadə etməyin yeni üsullarını əldə edir. Beləliklə, elektron-vətəndaşın tərbiyə edilməsi bilavasitə ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına və inkişafına təsir edir.

Könül Şəkiyeva
[email protected]

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər