Sizin Reklam Burada

Şəhid İlkin Ağaquliyevin xatirəsinə həsr olunan video-çarx nümayiş etdirilib

Şəhid İlkin Ağaquliyevin xatirəsinə həsr olunan video-çarx nümayiş etdirilibBu gün ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində şəhid olmuş məzunların xatirəsini əbədiləşdirmək məqsədi ilə “Qəhrəmanlıq Zirvəsi” auditoriyası yaradılıb.

Avrasiya.net xəbər verir ki, əvvəlcə kollecin direktoru, dosent İsrayıl İsgəndərov Qarabağ müharibəsində iştirak etmiş tələbə və məzunlarımıza göstərdikləri şücaətə görə təşəkkür edib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Bundan sonra kollec əməkdaşları tərəfindən “Fiziki tərbiyə müəllimliyi” ixtisasının 2-ci kursunda oxuyan və 16.10.2020-ci il tarixində şəhid olmuş Ağaquliyev İlkin Saməddin oğlunun xatirəsinə həsr etdikləri video-çarx nümayiş etdirildi.

Daha sonra İ.İsgəndərov bildirdi ki, vətən müharibəsi hər bir Azərbaycan vətəndaşı üçün bir sınaq idi, bir mərdlik və şücaət sınağı idi. Bu sınaq prosesindən Azərbaycan xalqı öz birliyi, Müzəffər Ordusunun şücaəti, Ali Baş Komandanın səbri, təmkini, düzgün siyasi və taktiki planı ilə üzü ağ çıxdı. Cənab Prezidentin “2020-ci ilin yekunlarına həsr olunmuş müşavir"də dediyi kimi “Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Bütün təhsil icması ilə bərabər, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun tabeliyində olan müəssisələrin kollektivləri də bu sınaqdan üzü ağ çıxdı. ADPU-nun nəzdində ADPK-nın 12 nəfər tələbəsi bu vətən müharibəsində iştirak etdi və hər biri mərdliklə vuruşdu, qəhrəmanlıq göstərdi, həmçinin bəziləri medal və ordenlərlə təltif olundu. Tələbələrimizdən Zahir Fərəczadə, Ümid Qocayev və Həsən Məmmədov "Cəsur Döyüşçü" medalı, Əzizov Rəhman Füzuli və Xocavənd rayonlarının alınmasına görə" medal ilə təltif olunub. Ola bilər digər tələbələrimiz də təltif olunub və olunacaq, lakin hələlik bizdə olan məlumatlar bunlardır. Bizim məzunlarımız barədə fəxrlə deyə bilərik ki, onlar da müharibədə qəhrəmanlıqla iştirak ediblər.

Bütün bunların içində isə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə qalxan bizim şəhidlərimizdir. 1-ci Qarabağ savaşında 7, 2-ci Qarabağ savaşında 3 tələbəmiz və ya məzunumuz bu zirvəyə yüksəlib. Onların analarının, bacılarının, xanımlarının qarşısında baş əyir, onlara səbir diləyir, şəhidlərimizin ruhlarının şad olmasını arzulayıram.

Mən çıxışımı hörmətli nazirimiz Emin Əmirullayevin müsahibələrin birində dediyi bir ifadə ilə davam etdirmək istəyirəm. Bu gün Azərbaycan gəncləri vətən savaşında mərdlik, vətənpərvərlik, cəsurluq nümayiş etdirərək Qalib gəlibsə, deməli, bu qələbədə Azərbaycan Təhsilinin də kifayət qədər rolu var. Deməli, ümumiyyətlə götürsək, bütün çatışmazlıqlarımıza baxmayaraq, təhsilimizdə gənclərimizi təlim-tərbiyəsi əsasən düzgün istiqamətdə gedir.

Bizim rektorumuz professor Cəfər Cəfərovun tapşırığı ilə biz şəhidlərimizin xatirəsini əbədiləşdirmək, gələcəkdə tələbələrimizin hər birinin fəxr edəcəyi bu gəncləri tanımaqları üçün bu auditoriyanı “Qəhramanlıq Zirvəsi” adlandırmağı və gələcəkdə kollecə daxil olan tələbələrin kolleclə tanışlığını bu auditoriyadan başlaması qərarını verdik.

Hazırda bizim tədbirdə müharibədə iştirakçı tələbələrimiz, 1-ci Qarabağ müharibəsinin iştirakçıları, şəhid Ağaquliyev İlkin Saməddin oğlunun valideynləri iştirak edir."

Daha sonra tədbir iştirakçıları “Qəhramanlıq Zirvəsi” auditoriyası, şəhidlərimizin xatirələrini əks etdirən stendlərlə tanış oldular. Şəhidimizin atası İlkinin xoş xatirələrindən, uşaqlığından danışıb və həmin otağa və onun tələbə yoldaşlarına kompüter hədiyyə edib.
Şəhidlərimizin ruhunu əbədiyyən yaşatmaq bizim borcumuzdur!

Biz birlikdə güclüyük, Qarabağ Azərbaycandır!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər