Qalmaqallı direktor istefa verdi
Dərc olunub:
28-12-2020, 14:35
Bakı şəhəri 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova istefa verib.
Avrasiya.net xəbər verir ki, bu barədə "Azərbaycanın səsi" Feysbuk səhifəsində açıqlama verən Nailə Məmmədovanın qardaşı Rasim Məmmədov deyib. O bildirib ki, Nailə Məmmədova direktor vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə yazıb.
***
Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.
Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.
Qeyd edək ki, Nailə Məmmədova bir neçə gün əvvəl karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gəlmişdi.