Azərbaycan Ağsaqqallar Şurası "YAŞAT" Fonduna 30 min manat ianə edib
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fonduna Azərbaycan Ağsaqqallar Şurası da ianə edib.
Avrasiya.net xəbər verir ki, Fondun məqsədi Vətən müharibəsi şəhidlərinin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır.
Bu xeyirxah və şanlı təşəbbüsə qoşulan Azərbaycan Ağsaqqallar Şurası “YAŞAT” Fonduna 30 min manat məbləğində ianə köçürüb.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!