Sizin Reklam Burada

Böyükağa Mikayıllı: “Bu hərəkət mənəvi aşınmanın nəticəsidir”

Böyükağa Mikayıllı: “Bu hərəkət mənəvi aşınmanın nəticəsidir”“187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın məlum ad günü videosunu izlədim. Biz bu gün şəhidlərimizə matəm saxladığımız, Nazirlər Kabinetinin məlum qərarı ilə ölkədə tətbiq olunan sərt karantin rejimi şəraitində belə bir mərasim düzənlənməsinə görə məktəb direktorunu haqlı olaraq məzəmmət edirik. (Əslində adi vaxtlarda da məktəb direktorunun özünə dəbdəbəli ad gün keçirməsi normal hal sayıla bilməz. İnsan ən azındn təvazökar olmalı, vəzifə mövqeyindən sui-istifadəyə yol verməməlidir.) Təhsil nazirliyi də “şiddətli töhmət”lə öz mövqeyini sərgilədi.

Yəni hesab olundu ki, ölkənin mövcud durumunda belə bir nöqsana yol vermiş şəxsə töhmət verməklə kifayətlənmək olar. Düşünürəm ki, Nailə Məmmədovanın mənəvi dəyərlərə və hüquqa zidd bu addımının kökləri daha dərindir”, deyə Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü Böyükağa Mikayıllı vurğulayıb.

O, qeyd edib ki, yanlış addım hələ illər öncə belə bir şəxsin direktor təyin edilməsi ilə atılıb. Necə olub ki, belə bir adam direktorluğa gətirilib. Tutaq ki, tanımayıblar, bilməyiblər, direktor təyin ediblər. Bəs axı neçə müddətdir ki, mətbuat bu adamın direktor kimi fəaliyyətini tənqid edir, ciddi nöqsanlarının olduğunu yazır, bu günə kimi niyə onun haqqında bir ölçü götürülmür? Yəni bu, o qədər çətindir? Hansı nailiyyətlərinə, hansı uğurlarına görə belə adamlar direktorluğa gətirilir və uzun illər vəzifədə saxlanılır?

Böyükağa Mikayıllının sözlərinə görə, bu hərəkət mənəvi aşınmanın nəticəsidir və təlim-tərbiyə müəssisəsində işləmək belə adamlara yaraşmaz. Bu, qanunlara, mənəvi dəyərlərə meydan oxumağın ən bariz nümunəsidir. Bu adam gərək özü ərizə yazıb vəzifədən getsin. Çünki bu mənəvi keyfiyyətlərlə minlərlə şagirdin, pedaqoji kollektivin qarşısına çıxmaq sadəcə eyibdir. Bu gün ölkənin əksər məktəblərinin məzunları arasında Vətən müharibəsinin şəhidləri var, qaziləri var. Hər bir məktəb şəhidlərə yas saxlayır, onların ruhunu əbədiləşdirir, qazilərini, döyüşçü məzunlarını axtarıb tapır, onların qayğıları ilə maraqlanır. Bu gün şəhid, qazi olan, hələ də ordu sıralarında torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda səngərlərdə dayanan müəllimlərimiz var. Bunu hamı bilir. Yəni bir məktəb rəhbərinin bu günlərin acısını anlaması o qədər çətindirmi? Bir qədər səbr edib gözləmək olmazdımı, çox çətin idimi?

Qeyd edim ki, 187 nömrəli tam orta məktəbin zəngin ənənələri var. Vaxtilə bu təhsil ocağının adı ölkəmizin ən yaxşı məktəbləri sırasında çəkilib və bu nailiyyətlərin əldə olunmasında məktəbə uzun illər rəhbərlik etmiş Respublikanın əməkdar müəllimi, mərhum Səyyarə Zeynalovanın əvəzsiz xidmətləri olub. Elə bilirəm ki, müvafiq qurumlar məktəbin zəngin ənənələrinin bərpa olunması barədə düşünəcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər