Sizin Reklam Burada

Komitə sədri növbəti onlayn görüşünü Siyəzən seçiciləri ilə keçirib

Komitə sədri növbəti onlayn görüşünü Siyəzən seçiciləri ilə keçiribMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov seçiciləri ilə növbəti görüşünü Siyəzən rayonu Məşrif kəndi sakinləri ilə keçirib.

Avrasiya.net xəbər verir ki, öncə müzəffər orfumuzun işğalçı Ermənistan üzərində qazandığı qələbəmizdən söz açılıb, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, yaralılara Allahdan şəfa dilənib. Seçicilər qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Daha sonra S.Qurbanov ölkədə aparılan iqtisadi, sosial layihələrlə bağlı seçiciləri qısa məlumatlandırıb. Bildirib ki, bu layihələr çərçivəsində bölgələrimizdə də uğurlu işlər həyata keçirilir. Millət vəkili qeyd edib ki, təmsil etdiyi Şabran və Siyəzən rayonlarının ucqar kəndlərində mövcud olan sosial problemlər həll olunmaq üzrədir. Bir çox kəndlərə içməli su verilib, qazla təmin olunub, yollar asfaltlanıb.

S.Qurbanov bu layihələrin davamlı olaraq həyata keçiriləcəyini qeyd edib və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində hökumətin apardığı siyasətin bölgələrdə rəğbətlə qarşılandığı, dəstəklədiyini vurğulayıb.

Məşrif kənd sakinləri də Prezident İlham Əliyevin iqtisadi, sosial siyasətini dəstəklədiklərini bildiriblər. Kənd sakini Əlpaşa müəllim kəndlərinə qazın çəkilməsinə görə ölkə başçısına təşəkkür edib. Qeyd edib ki, hər gün 15-20 evə qaz çəkilir, həftənin sonuna kimi bütün evlər qazlaşdırılacaq.

Kəndin bir hissəsində su probleminin həll olunmasına görə kənd icra nümayəndəsi Kənan müəllim, bələdiyyənin sədri Qoşqar müəllim əziyyəti olan hər kəsə təşəkkürlərini bildiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər