Sizin Reklam Burada

Hüquqi dövlət quruculuğunda QHT-lərin rolu

Hüquqi dövlət quruculuğunda QHT-lərin roluMübariz Göyüşlü
Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi

Bu gün QHT-lər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan dövlətinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında və s. istiqamətdə inkişafında, həyata keçirilən proseslərində çox fəal iştirak edirlər.

Ölkənin elə bir sahəsi, elə bir istiqaməti ola bilməz ki, biz orada QHT-lərin, onların təmsilçilərinin iştirakını, fəallığını, onunla bağlı effektiv çalışmalarını, gərəkli məsləhətlərini görməyək. QHT-lərin xüsusən mühüm dövlət proqramlarında fəallığı, ictimai təşkilat təmsilçilərinin təmsilçiliylə burada oynadıqları rol da çox faydalıdır. Dövlət-özəl sektor-QHT əməkdaşlığının inkişafı günü-gündən artmaqda, bu üçbucağın qurulması sayəsində həyata keçirilən əməkdaşlıq isə cəmiyyətimizə faydalar gətirməkdədir. Hüquqi dövlət quruculuğu prosesində, qanunun aliliyinin təminatında tanınmış və peşəkar ictimai xadimlərimiz, üçüncü sektor təmsilçilərimiz öz töhfələrini verməkdədirlər.
Lakin bu şəraitin birdən-birə yarandığını, faydalı və səmərəli əməkdaşlığın tez bir şəkildə qurulduğunu, QHT qanunvericiyilinin sürətli və mükəmməl şəkildə formalaşdığını söyləmək mümkün deyil.

Belə bir nəticəyə gəlib çıxmaq üçün illər boyunca mübarizə aparılmış, “qeyri-hökumət təşkilatı” anlayışının “qeyri-dövlət təşkilatı” olmadığını izah etmək, cəmiyyətə qəbul etdirmək üçün çox çalışmalar həyata keçirilmişdir. QHT fəaliyyətinin ancaq “qrant yeməkdən” ibarət olduğunu düşünən cəmiyyətdə könüllü şəkildə işlər görmək, əldə olunan qrantları, layihələri ictimai faydalı işlərə sərf etmək o qədər də asan deyildi. Əlbəttə layihələri təyinatı üzrə xərcləməyən çoxsayl QHT-lər də var idi. Ancaq bu həmin sektorun faydalı çalışmalar həyata keçirməyini inkar etmək üçün əsas ola bilməzdi. QHT-lərin fəaliyyətinin anti-dövlət mahiyyətli olduğunu düşünən çox böyük bir qrupa, xüsusən də məmurlara bu işin fəlsəfəsinin, mahiyyətinin doğru-dürüst çatdırılmasında çoxsaylı ictimai təşkilat təmsilçiləri, bu işə ürəkdən girişmiş könüllülər ordusu Azərbaycanın QHT tarixində izini buraxan işlər həyata keçirmişlər.

Uzun mübarizələrdən və çalışmalardan sonra QHT-Hökumət əməkdaşlığı qarşılıqlı gərginlikdən qarşılıqlı faydalı əməkdaşlığa gəlib çıxdı. Elə bir səviyyəyə çatdı ki, respublikamızda dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni bir yardım, dəstək müstəvisində inkişafı və onun konturlarının müəyyənləşdirilməsi məqsədilə Prezidentin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası" təsdiq edildi. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, bu dəstəyin təmin edilməsinin əsas vasitələri, onlara maliyyə yardımının şərtləri ilə bağlı məsələlər əksini tapıb.

Sənəddə QHT-lərin ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi baxımından onlara dövlət dəstəyinin formaları müəyyən edilib. Bu formalar vasitəsilə respublikada QHT-lərə dövlət tərəfindən göstərilən müxtəlif xarakterli və məzmunlu yardımların istiqamətləri konkretləşdirilib.
Bu sənəd QHT-lərə Azərbaycan dövlətinin maddi dəstəyini deyil həm də, təşkilati, texniki, hüquqi, mənəvi və s. sahələrdə yardımını, ən əsası isə birgə əməkdaşlığın yeni konturlarını müəyyən etdi. Hüquqi dövlət quruculuğunun hər sahəsində QHT təmsilçilərinin aktiv iştirakını daha da genişləndirdi. Konsepsiyadan sonra Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması QHT-Hökumət əməkdaşlığının qurulmasının zirvə nöqtəsi oldu.

Bununla da Azərbaycanda QHT maliyyətləşdirilməsinin, daxili donorçuluğun inkişafında da böyük dəyişiklik oldu. Əsasən xaricdən maliyyələşən ictimai təşkilatların Dövlət Dəstəyi Şurasının, müxtəlif nazirlik və komitələrin müsabiqələrindən keçərək layihələrin icrasında, yəni Azərbaycan dövlətinin quruculuğu prosesində daha da aktiv rol aldılar.

Artıq Hökumət-QHT-özəl sektor əməkdaşlığı qurulmuş, qarşılıqlı faydalı çalışmaların nəticəsi hər sahədə özünü göstərməkdədir. Azərbaycan QHT-ləri öz fəaliyyətlərini yalnız daxildə həyata keçirməklə qalmayır, xaricdə də Azərbaycan həqiqətlərinin yayılmasında aktiv iştirak edirlər. Ölkəmizdə QHT-lərin iştirak etmədiyi hansısa layihə, tədbir, çalışma tapmaq mümkün deyil. Bu sahədə çox böyük könüllülər ordusu çalışır, öz intellektləri və ideyaları ilə ölkəmizin hüquqi dövlət quruculuğu prosesinə, gələcəyimizin işıqlı və parlaq olması üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycan daxilində uğurlu əməkdaşlıq modeli quran QHT-lərimiz regional və beynəlxalq miqyasda da faydalı çalışmaları ilə örnək olmaqdadırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər