İctimai birlik 68 ailəyə dəstək oldu
Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınnın dəstəyi ilə “Regionlarda koronavirus pandemiyası ilə mübarizədə əhaliyə sosial tibbi dəstəyin təşkili” layihəsini ugurla başa vurub.
Layihənin məqsədi koronavirus pandemiyası ilə mübarizədə əhalinin həssas aztəminatlı ailələrinə ərzaq yardımı və tibbi-gigiyenik vasitələrin çatdırılması ilə sosial-tibbi dəstək verməkdən ibarət olub.
Layihə çərçivəsində Ağdaş, Ucar, Zərdab, Gədəbəy rayonlarında 1 iyul - 08 dekabr tarixlərində hər rayondan 17 aztəminatlı, etiyaclı ailə nümayəndəsi olmaqla 68 ailəyə ərzaq və tibbi ləvazimat sovqatları hazırlanaraq, Azərpoçtun yerli filial və şöbələri tərəfindən faydalananların ünvanlarına çatdırılıb.