Sizin Reklam Burada

Karantində toy edən məşhur iş adamı imiş

Karantində toy edən məşhur iş adamı imişDünən Azərbaycanda baş tutan qalmaqallı toy məclisi “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov tərəfindən təşkil edilibmiş.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.

Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib.

Amma dünən yayılan videogörüntülərin həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Çünki ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.

Bu gün isə Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat yayılıb. Məlumatda bildirilib ki, toyun təşkilatçısı, şadlıq evinin müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu saxlanılaraq inzibati qaydada 7 sutka həbs ediliblər. Lakin toy sahibi cərimə ilə yaxasını məsuliyyətdən qurtara bilib.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil. Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin qırx mərasimlərinin çıxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər