Polis rəisi koronavirusa yoluxdu
Dərc olunub:
28-11-2020, 14:04
Şəmkir rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov koronavirusa yoluxub.
Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, o, həkim nəzarətindədir, COVID-19-dan sağalmaq üçün müalicə alır.
Qeyd edək ki, E.Həsənov ötən ilin fevral ayında Şəmkirin polis rəisi vəzifəsinə təyin edilib. Ona qədər isə Balakən rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.