Sizin Reklam Burada

Mer Pakistan səfirini qəbul edib

Mer Pakistan səfirini qəbul edib Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Bakı meriyasına Avrasiya.net-ə verilən məlumata görə, icra başçısı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfirə uğurlar arzulayıb. Vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri uzun illəri əhatə edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir.

Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.

Eldar Əzizov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çatan ikinci Qarabağ savaşı, döyüş meydanında məğlubiyyətlə üzləşən təcavüzkar Ermənistanın silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı törədilən insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb və bununla bağlı minnətdarlığını bildirib.

Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır.
Tərəflər əlaqələrinin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər