Sizin Reklam Burada

Həbs edilən başçının kadrları eyni gündə öldü

Həbs edilən başçının kadrları eyni gündə öldüBiləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) sabiq baş memarı və icra başçısının sabiq köməkçisi eyni gündə vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu ilin sentyabr ayına qədər Biləsuvar RİH-in baş memarı vəzifəsində çalışan Yaşar Əzimov xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında müalicə olunduğu xəstəxanada cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Eyni zamanda, Biləsuvar RİH başçısının keçmiş köməkçisi Pöhran Şahbazov koronavirus infeksiyası səbəbilə müalicə olunduğu Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hər iki şəxsin bu ilin sentyabr ayında vəzifələrindən azad edilmişdi. Onlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Biləsuvar RİH-in sabiq başçısı Mahir Quliyevin kadrları olduğu bildirilir.

M.Quliyev bu ilin aprelin 29-da DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Noyabrın 25-də Səbail Rayon Məhkəməsinin qərarı ilə M.Quliyevin həbs müddəti daha 3 ay artırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər