Sizin Reklam Burada

Qarabağ döyüşçülərinə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriləcək

Qarabağ döyüşçülərinə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriləcəkMilli Məclis Vətən Müharibəsi iştirakçıları ilə bağlı iki yeni qanun layihəsi hazırlayıb.

Avrasiya.net xəbər verir ki, bunlardan biri “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsidir.

Digəri “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəsidir.

Hər iki qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir müddət öncə Kliniki Tibbi Mərkəzdə müalicə olunan yaralı hərbçilərlə görüşündə bildirmişdi ki, Azərbaycanda yeni ordenlər və medalların təsis edilməsi göstərişini verib.

"Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar sizin də, Azərbaycan xalqının da xoşuna gələcək",-deyə ölkə başçısı hərbçilərlə söhbət əsnasında qeyd etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər