Sizin Reklam Burada

"İctimai rəydə konsensus və vəhdət çağırışları üstünlük təşkil etməlidir"

"İctimai rəydə konsensus və vəhdət çağırışları üstünlük təşkil etməlidir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Ötən gün 22 nəfərin ev dustaqlığına buraxılmasının həm İkinci Qarabağ müharibəsinin Qələbə ilə bitməsindən sonra ölkəmizdə yaşanan zəfər coşqusu ilə, həm də 17 noybar Dirçəliş Günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Biz bunu humanist davranış nümunəsi kimi dəyərləndiririk. Nəzərə alsaq ki, ev dustaqlığına buraxılan həmin 22 nəfərin arasında Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli kimi siyasi fəallar da var, o zaman bu hadisənin heç də təsadüf olmadığı bir daha aydın olur.

Bu şəxslər iyulun 14-də "Qarabağa azadlıq" şüarı altında keçirilən dinc aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilərək həbs olunan 36 nəfərin sırasına daxildir. Onlar Orduya dəstək yürüşündə təxribata çağırış və təhrikə görə həbs olunmuşdular. Lakin dünən onların barəsində verilmiş həbs qətiimkan qərarı ev dustaqlığı ilə əvəz olundu.

Bu qərarın dəyişdirilməsində və onların ev dustaqlığına buraxılmasında heç şübhəsiz ki, Prezident İlham Əliyevin siyasi iradəsi də mühüm rol oynayıb. Çünki Prezident situasiyanı düzgün dəyərləndirir və yeni şəraitə uyğun adekvat qərarlar verir. Hazırki vəziyyət cəmiyyətimizin Qələbə əhval-ruhiyyəsinə, bayram ovqatına kökləndiyi bir məqamdır və bu məqamda cəmiyyətdə milli birlik, həmrəylik duyğu və düşüncələrinin hökm sürməsi çox önəmlidir. Belə bir məqamda atılan bütün addımlar milli həmrəyliyimizin daha da gücləndirilməsinə xidmət etməlidir. İctimai rəydə konsensus və vəhdət çağırışları üstünlük təşkil etməlidir. Sözügedən şəxslərin ev dustaqlığına buraxılmasını məhz bu rakursdan dəyərləndirməliyik. Bu bayram günlərində onların yenidən öz doğmalarına qovuşması həqiqətən də humanizmin və xoş məramın təntənəsidir. Biz bundan sonra milli birliyimizin daha da güclənəcəyinə inanırıq. Əminik ki, müxalifət də iqtidarın bu addımlarını müsbət dəyərləndirəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər