Reanimasiyalarda yer yoxdur - Radioloq

Reanimasiyalarda yer yoxdur - Radioloq“Sadəcə dəhşətdir! Ölkədə koronavirus xəstəliyi tüğyan edir! Nə qədər deyirsən, nə qədər təbliğat aparırsan, nə qədər maarifləndirirsən, yenə də xeyri yoxdur sanki. Küçələrdə, marketlərdə, qapalı obyektlərdə nə qədər maska geyinməyən, ara məsafəsi gözləməyən, əl ilə hətta öpüşüb görüşən, açıq-aşkar xəstəlik əlamətləri ilə cəmiyyət arasında gəzən insanlar görürük”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, sosial məsuliyyətini dərk etməyən, özünün və digərlərinin sağlamlığını düşünməyən insanlar çox ciddi cəzalandırılmalıdır:

“Maska geyin, maskanı qaydasında taxın! Ara məsafəsi saxlayın! Əllə görüşməyin! Öpüşməyin! Xəstə halda insanlar arasına çıxmayın!

50-dən çox həkim, 100-lərlə tibb işçisi ölüb koronavirusdan! Reanimasiyalarda yer yoxdur artıq xəstə əlindən! Nə qədər şəkərli diabet, ürək-damar, xərçəng xəstəliyi olan yoluxmuş, xəstəliyi ağır keçirən insanlar var! Nə qədər böyrək, qaraciyər transplantasiyası edilən immun sistemi zəifləmiş insanlar var. Onları düşünək heç olmasa! Ən sadə qaydalara əməl etməməyin- qapalı yerlərdə maska geyinməməyin, ara məsafəsi gözləməməyin, xəstə-xəstə insanlar arasında gəzib onları yoluxdurmağın adı nədir? Bu, öz xalqına, millətinə qarşı xəyanətdir! Bunun başqa adı yoxdur!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər