Sizin Reklam Burada

Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunub

Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunubQuba rayonunda Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlərin təşkili” layihəsini icra edir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Pandemiya ilə əlaqədar olaraq karantin şərtlərinə tam qaydada əməl etməklə Quba rayonu və ətraf kəndlərdə 12 təlim keçirilib. Hər bir təlimdə iştirak edən 10 nəfər arasında ara məsafəsi saxlanılıb, iştirakçılar maska və dezinfeksiya məhsulu ilə təmin ediliblər.

Layihə rəhbəri, Əməkdar müəllimə Esmira Rəhimova təlimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun əzəli torpaqlarımızda apardıqları haqq savaşımızda qazandıqları qələbədən, Prezidentimizin “Qarabağ Azərbaycandır!” şüarının xalq birliyinə səbəb olmasından, bütün dünyanın Azərbaycan ordusunun və xalqının gücünə şahid olmasından danışıb. Vətən müharibəsində canından keçərək şəhid olan əsgərlərimizin xatirəsi anılıb.
Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunub
Təlimlərdə layihə rəhbəri və ekspert qida təhlükəsizliyi sahəsində norma və standartlar, qida məhsullarının norma və standartlara uyğun istehsal olunma və düzgün şəraitdə saxlanma qaydaları haqqında, qaydalara uyğun qidaların alınması ilə qida mənşəli xəstəliklərin azaldılmasına nail olmaq barədə ətraflı məlumat verilib.
Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunub
Qeyd edək ki, təlimlərdə iştirakçılara layihə çərçivəsində nəşr etdirilmiş qida zəhərlənmələrinin qarşısının alınması və qida təhlükəsizliyi haqqında maarifləndirici bukletlər, sertifikatlar və dəftərxana ləvazimatları təqdim edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər