Sizin Reklam Burada

Bu gün biz nə etməliyik?

Bu gün biz nə etməliyik?Vüqar Tofiqli

Ölkəmiz inkişafının çox ciddi bir mərhələsinə qədəm qoyub. Fikrimcə, indiki məqamda bir tərəfdən müharibədə Ali Baş Komandanın sərkərdəliyi, müzəffər ordumuzun qətiyyətli addımları sayəsində qazandığmız qələbəni qeyd etməli, digər tərəfdən işğal altında olmuş ərazilərdə erməni şərəfsizlərin törətdiyi cinayətlər barədə məlumatları toplamalı, həmçinin dəqiqliklə, tələskənliyə yol vermədən, bu şərəfsizlərin maddi-mədəni irsimizə vurduğu ziyanının miqyasını müəyyən etməli, həm də indiki həssas məqamda səbr və təmkin nümayiş etdirməliyik.

Bəli, qarşıda bizi çətin, lakin şərəfli günlər, aylar və xoşbəxt illər gözləyir. Lakin bu günlərin, ayların və xoşbəxt illərin daha şərəfli olması özümüzdən daha çox asılıdır.

İlk olaraq öz xarakterimizdə olan bəzi cəhətlərimizə yenidən baxmalı, təhlil etməli və səhvlərimizdən nəticə çıxarmaqla təkrarlamamalıyıq.

Etiraf etməliyik ki, biz küyə getməyi və bu küy əsasında maraqlı ssenarılər qurmağı çox xoşlayırıq.

Misal olaraq bir məqamı xatırladım. Qonşu kəndin bir tərəfində yolu dönən avtomobilin yan güzgüsü kənd sakinin qoluna dəysədə elə bir ciddi xəsarət almadığı halda, kəndin digər tərəfində artıq hay düşmüşdü ki, avtoqəza nəticəsində bəs Məmmədəli (ad şərtidir) dünyasını dəyişib. Yəni bir an içərisində xəsarət ölümlə bərabər tutulmuşdur. Axşamı, həmin Məmmədəli əli dolu bazarlıq edib evinə gələndə və qonşularını həyətində görəndə təəcüblənir. Və hamı heyrətlə baxir: sən sağsan, bəs deyirdilər maşın vurub? İnsanlarımızda belə fikir formalaşıb ki, maşın vurubsa, demək ancaq ölməliyik, daha başqa variantı ağlımıza nədənsə gətirmirik.

Bəli, bu olmuş hadisə ondan xəbər verir ki, biz real fakta yox, daha çox haya-küyə inanmağa üstünlük veririk.

Biz ilk olaraq məhz bu cəhətimizə aydınlıq gətirməliyik.

***

Son günlər siyasi arenada bir birinin ardınca baş verən hadisələr ondan xəbər verir ki, yeni qədəm qoyduğumuz dövrə nə bir çox məmurlar, nə də bəzi Milli Məclis üzvləri hazır deyillər. Onlar konkert olaraq elektron medianı izləmirlər. Bu pərakəndəlik əslində düşmən dəyirmanına su tökmək kimi qəbul edilməlidir. Bəlkə bir az diqqətli olaq. Özümüzü çoxbilmiş kimi göstərməyək. TV ekranlarında elə cənab Prezidentin çıxışlarına baxsaydıq bütün suallarımıza da aydınlıq gətirə bilərdik. Belə çıxır ki, nə səfirmiz, nə deputatımız, nə də məmurumuz TV-yə baxır. Səhvlərdə məhz elə bundan qaynaqlanır desəm səhv etmərəm.

TV-lər isə məhz bu çoxbilmişləri, söz yığınından başqa bir şey danışmayan erməni kökənli hərbi ekspertləri o cümlədən cəmiyətin sinirə bilmədiyi insanları dəvət etməklə efiri doldurmuş kimi görünürlər.

Zaman o zaman deyil, dostlar. Prezidentin müharibənin 44 günü ərzindəki müsahibələrinə baxın, oxuyun, təhlil edin, hardansa “şparqalka” və ya tezis gözləməyin. Üzərinizdə işləyin. Ayıbdır axı. Vallah belə olmaz.

Nə isə təkrarçılıq olmasın, gəlin dekabrın birinə kimi bir az səbrli olaq...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər