Kəlbəcər öz doğmalarına qovuşur!
Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Bu gün, Kəlbəcər işğaldan azad olunur!
Kəlbəcər öz doğmalarına qovuşur!
Nəhayət 27 ildən sonra Azərbaycan Ordusu özü BMT Təhükəsizlik Şurasının qətnaməsini icra etmiş olaraq illərin həsrətinə son qoyur. Şükürlər olsun Uca Tanrya!
Kəlbəcər Azərbaycanın ən yüksək zirvəsində yerləşir. Bu vandallar 27 il ərzində Kəlbəcərdə qeyri – qanuni yolla məskunlaşdırma aparmış, eyni zamanda rayonun qızıl yataqlarının və digər təbii sərvətlərinin qanunsuz şəkildə istismarı ilə məşğul olmuşlar.
Bir faktı deyim ki, Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağaclarını kütləvi şəkildə qıraraq təbiətdən silmişlər.
Bu heç bir mənəvi dəyərlərə sahib olmayan millət işğal etdikləri Kəlbəcər rayonundan Azərbaycan dövləti tərəfindən sivil qaydada tərk etmələrinə şərait yaradıldığı halda, yanğınlar törətməklə, ekalogiyaya yanaşı yaşayış obyektlərinə, təhsil ocaqlarına böyük ziyanlar vurmaqla əsl barbar xislətlərini bir daha dünyaya nümayiş etdirdilər. Xalqımız üçün erməni vəhşilikləri təəccüb doğurmur. Belə ki onlar 1993- cü ildə Kəlbəcərimizi işğal edərkən də 19 ibtidai, 33 səkkizillik, 44 orta məktəb binası, 1 texnikum, 1 texniki-peşə məktəbi, 82 internat, 16 uşaq bağçası, 38 körpələr evi, 41 mədəniyyət evi, 1 rayon mərkəzi xəstəxanası, 1 rayon mərkəzi uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd ambulator məntəqəsi, 75 feldşer-mama məntəqəsi, 1 ictimai-sosial kombinatı, 2 mineral sudoldurma zavodu, 1 qızıl zavodu, 1 civə zavodunu və digərlərini eyni vəhşiliklə dağıtmışdılar.
Xatırlatmaq istərdim ki, Azərbaycan dövləti tərəfindən Ermənistan dövlətinin bütün bu faşist ruhlu hərəkətlərinə son verildiyi kimi beynəlxalq hüquqi müstəvidə də dəymiş ziyanların hamısını təzminat olaraq ödənilməsinə nail olacaqdır.
Cənab prezidentimizin rəhbərliyi ilə işğaldan azad olmuş torpaqlarlmlzın yenidən cənnətə çevrilməsini sosial şəbəkələrdə izləyən ermənilərin simasındakı ifadələri artıq təsəvvür edirəm.
#mənimprezidentim
#karabakhisazerbaijan
#kalbajarisazerbaijan