Sizin Reklam Burada

Prezident yanında Şuranın dəstəyi ilə informasiyanın açıqlanmasının vəziyyəti təhlil edilir

Prezident yanında Şuranın dəstəyi ilə informasiyanın açıqlanmasının vəziyyəti təhlil edilirMüasir cəmiyyətlər informasiyasız yaşaya bilməz. Cəmiyyətdə nizamın yaradılması, qorunub saxlanılması üçün mütəmadi olaraq onun informasiya ilə təminatı həyata keçirilməlidir. Xüsusilə, informasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın.

Görülən işləri təhlil etmək və müvafiq səmərələşdirici təkliflər hazırlamaqla cəmiyyətin artan ehtiyacını ödəmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da öz fəaliyyətində bu sahəyə yer ayırıb. Belə ki, Şuranın dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi ictimai Birliyi “Ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalarla bağlı maarifləndirmə işlərinin və mövcud durumla bağlı təhlilin aparılması” layihəsini icra edir.

Layihənin məqsədi açıq və alınması məhdudlaşdırılan informasiyalarla bağlı cəmiyyətdə maarifləndirmə işləri aparmaq və mövcud vəziyyəti təhlil edərək real situasiyanı müəyyənləşdirməklə bu sahədə çatışmazlıqları üzə çıxarmaq, görülən işlərə ictimai dəstəyi təmin etməkdir.

Görülən işlərlə bağlı məlumat verən İctimai Birliyin sədri Mütəllim Rəhimov bildirib ki, əldə edilməsi qanunla məhdudlasdırılan informasiyalar istisna olmaqla dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalıdırlar. Dövlət orqanları şəxslərin, kutləvi informasiya vasitələrinin və vətəndas cəmiyyəti institutlarının onların fəaliyyətləri barədə informasiya ala bilmələri ucun zəruri tədbirlər görməlidirlər. O deyib ki, “İnformasiya əldə edilməsi haqqında" qanunda nəzərdə tutulan bilgilərin qapalı tutulması inzibati məsuliyyət doğrurur.

İnzibati Xətalar Məcəlləsi buna görə, cərimə cəzası nəzərdə tutur. İnformasiya sahibi "İnformasiya əldə etmək haqqında" qanunun tələblərini pozmağa görə, 100 manatdan 1500 manata qədər cərimə edilə bilər. “Lakin İnzibati Xətalar Məcəlləsinin bu müddəası indiyə qədər bir dəfə də olsun tətbiq edilməyib. Açıqlıq səviyyəsini artırmaq üçün bu mexanizmlər işə salınmalıdır. İctimai Birlik həm də bu məsələni gündəmə gətirməklə problemin həllinə öz töhfəsini vermək niyyətindədir” - M.Rəhimov sonda deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər