Sizin Reklam Burada

“Azercell” şəhidin ailəsini himayəyə götürdü

“Azercell” şəhidin ailəsini himayəyə götürdü"Azercell" Vətən uğrunda gedən döyüşlərdə şəhid olan Röyal Cəfərovun ailəsini himayəyə götürüb.

Avrasiya.net xəbər verir ki, qurum tərəfindən şəhidimizin həyat yoldaşı Firuzə Cəfərovanın bank hesabına övladlarının 18 yaşı tamam olana qədər hər ay 1000 AZN məbləğində pul köçürüləcək.

Qeyd edək ki, şəhidimizin Vətənə əmanət 3 yaşlı qızı və 3 aylıq bir oğlu var. Gələcəkdə ailənin digər ehtiyaclarının da diqqətə alınması nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, "Azercell" bundan öncə də şəhid ailələrinə və şəhid övladlarına təhsil xərcləri ilə bağlı köməklik edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər