Eldar Əzizov tarixi binanın fasadını boyayan icarədar və sahibkarı cəzalandırdı - FOTO

Eldar Əzizov tarixi binanın fasadını boyayan icarədar və sahibkarı cəzalandırdı - FOTOBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayılan məlumatla bağlı açıqlama verib.

Qurumdan Avrasiya.net-ə erilən məlumata görə, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib. Binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.

BŞİH belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə vətəndaşlara minnətdarlıq edib.