Sizin Reklam Burada

“Azərbaycan Diaspor Könüllüləri” proqramı gənclərin diaspor fəaliyyətində daha yaxından iştirakına təkan verir

“Azərbaycan Diaspor Könüllüləri” proqramı gənclərin diaspor fəaliyyətində daha yaxından iştirakına təkan verirProqramda iştirak edən gənc könüllülər iki aylıq təlim barədə müsbət təəssüratlara malikdirlər

Ölkəmiz üçün bir çox uğurlarla zəngin olan, tarixə torpaqlarımızın Ermənistanın işğalından azad olunduğu il kimi düşəcək 2020-ci ilin artıq on birinci ayındayıq. Bu ili Azərbaycan, o cümlədən gənclərimiz üçün yaddaqalan edən başqa bir məqam isə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” olmasıdır. Könüllülükdən söz düşərkən, heç şübhəsiz diaspor fəaliyyətinə dəstək verən gənc könüllüləri xüsusi olaraq qeyd etmək lazımdır.

Bu məqamda bir daha xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfində “Azərbaycan Diaspor Könüllüləri” proqramı həyata keçirilir. Sözügedən Proqram çərçivəsində iştirakçılar ayrı-ayrı qruplar şəklində təlimlərə cəlb edilir, Komitənin iş fəaliyyəti ilə yaxından tanış olurlar. Ənənəvi olaraq, proqram iştirakçıları 2 aylıq təlimlərdə iştirak edirlər.

Yeri gəlmişkən, “Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində təlimlərdə iştirak edən gənc diaspor könüllülərinin fikir və rəylərinin maraqlı olacağını nəzərə alaraq reallaşdırdığımız layihə çərçivəsində onlardan bir neçəsinin təəssüratlarını oxucuların diqqətinə çatdırmağa qərar verdik.

Beləliklə, ilk həmsöhbətimiz Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Firuzə Hacıyevadır. Firuzə deyib ki, “Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulması, atdığı ən uğurlu addımlardan biridir: “Öncə onu deyim ki, belə bir proqramın reallaşdırılması gənc diaspor könüllülərinin fəaliyyətini daha da stimullaşdırır. Ona görə də, ilk dəfə belə bir könüllülük proqramı olduğunu eşitdikdə çox sevindim. Çünki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi kimi bir dövlət müəssisəsində könüllü olmaq, buranın doğma bir üzvünə çevrilmək qürurverici hissdir. Konkret atılan addımlara gəlincə, proqram çərçivəsində mən bir neçə dəfə görüşlərə dəvət edilmişəm və komitənin fəaliyyəti ilə hərtərəfli şəkildə tanış olmuşam”.

Açıqlamasında sözügedən proqramın iştirakçısı kimi, 2 ay ərzində çox şey öyrəndiklərini deyən Firuzə Hacıyeva “Keçdiyimiz təlim müddətində, xaricdə yaşayan soydaşlarımızla video bağlantılar etdik. Bizi maraqlandıran suallar cavablandırıldı və istiqamətlər verildi. Xarici ölkələrdə Azərbaycanı təbliğ edən insanlarla komitədə canlı görüşlərimiz oldu. Hətta mənim çoxdankı arzum olan Cocuq Mərcanlı kəndinə də gedə bildik. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi bu səfər zamanı bizlərə ətraflı məlumat da verildi. Vətənpərvərlik hissini bir daha bizlərə yaşatdığı üçün Komitəyə dərindən təşəkkürümü bildirirəm. Bu çox gözəl təşəbbüslərdən biri idi” sözlərini əlavə edib.
Onun sözlərinə görə, proqram çərçivəsində hər bir gəncə uyğun gələn iş qrafiki təqdim edilir: “Mən əvvəllər Azərbaycan diasporu və xaricdə yaşayan soydaşlarımız haqqında qiyabi biliklərə malik idim. Amma artıq onların oradakı fəaliyyətləri, gördükləri işlər haqqında ətraflı məlumatlar toplamışam. Xaricdə yaşayan soydaşlarımız dövlətimizi yüksək səviyyədə təmsil edirlər və bizlər də bununla qürur duyuruq. Harada olmağımıza baxmayaraq Vətən uzaqda deyil”.

AytacTalıbova isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzundur. O qeyd edib ki, dövlət müəssisəsində könüllü kimi fəaliyyət göstərmək hər zaman arzusu olub: “Bu fursəti biz könüllülərə yaratdığı üçün Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Hər bir gənc üçün belə bir fürsət yaradılması arzu olunandır. Qeyd edə bilərəm ki, biz bu proqram çərçivəsində öz bilik və bacarıqlarımızı kifayət qədər inkişaf etdiririk”.

Onun sözlərinə görə, hər bir görüş proqram iştirakçısı olan gənclər üçün arzu olunan və önəmlidir: “Eyni zamanda bu layihədə iştirak etmək mənim gənclik həyatımda xüsus olaraq yadda qalacaq. Proqram haqqında sosial şəbəkə üzərindən məlumat alan zaman düşündüm ki, xaricdə yaşayan azərbaycanlıarın həyat və fəaliyyətini öyrənmək, onlarla görüşmək, Komitənin digər iş fəaliyyətləri ilə tanış olmaq məndə vətənpərvəlik hissini daha da artıraraq, dövlət və cəmiyyətlə bağlılığıma məqsədyönlü təkan verəcəkdir. Belə hesab edirəm ki, könüllülük özü bir ali məqsəddir. Konüllülük fəaliyyətimlə bağlı qeyd edə bilərəm ki, müxtəlif təlimlərdə iştirak etdim, xaricdə yaşayan azərbaycanlı icmalar və onların rəhbərləri ilə yaxından görüşərək vətənpərvərlik idealarının geniş təbliğini reallaşdırdıq və hələ də bu prosesləri davam etdiririk”.

Proqramın digər bir iştirakçısı isə Azərbaycan Dillər Universitetinin məzunu Hilalə Ələkbərlidir. Gənc diaspor könüllüsü öncə onu bldirib ki, “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama qoşulmaqla bir neçə görüşlərdə iştirak edib: “Görüşlərdən olduqca faydalı məlumatlar əldə etmişəm. İlkin təəssüratıma gəldikdə isə sözlərlə ifadə olunmayacaq qədər böyükdür. Proqram, həqiqətən gənclərin öz asudə vaxtlarını dəyərləndirmələri üçün möhtəşəm bir fürsətdir”.

(davamı növbəti sayımızda)

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)" Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər