QHT aztəminatlı ailələrə sosial yardım etdi – FOTOLAR

QHT aztəminatlı ailələrə sosial yardım etdi – FOTOLAR“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsi çərçivəsində aztəminatlı ailələrə sosial dəstək göstərib.

Təşkilatdan verilən məlumata görə, məqsəd yeni növ koronavirusdan zərər çəkmiş ailələrə yardım göstərməklə COVİD-19 pandemiyasının yaratdığı problemlərin qarşısının alınması istiqamətində görülən işlərə ictimai dəstək verməkdir.Bildirilib ki, təşkilata edilən müraciətlər əsasında birdəfəlik yardım göstəriləcək şəxslərin siyahısı hazırlanıb və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra həmin ailələrə ərzaq alınması üçün kuponlar verilib.Hər birinin içərisində 30 manat olan kuponlar müəyyən edilmiş ailələrə “Azərpoçt” vasitəsi ilə göndərilib.

Təşkilatdan o da bildirilib ki, vətəndaşlar yaşadıqları əraziyə ən yaxın OBA marketlər şəbəkəsindən həmin kuponlar vasitəsi ilə istədikləri ərzaq məhsullarını ala biləcəklər.Ərzaq yardımı ailələrə çatanadək proses nəzarətdə saxlanılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bir müddət əvvəl COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanmasının vacibliyi ilə bağlı çağırış etmişdi.
QHT aztəminatlı ailələrə sosial yardım etdi – FOTOLAR