Sizin Reklam Burada

Qarabağdakı bu şirkətlər barədə tədbirlər görüləcək

Qarabağdakı bu şirkətlər barədə tədbirlər görüləcəkBaş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər müəyyən edilib.

Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərin tətbiqi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən daim nəzarətdə saxlanılmaqla davam etdirilir.

Bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində hansı qaydada iqtisadi fəaliyyətlə məşğul ola biləcəyi, qanunsuz iqtisadi fəaliyyətə görə cinayət qanunvericiliyinin müddəaları ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər