Sizin Reklam Burada

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT Koalisiyası ilə görüş keçirilib

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT Koalisiyası ilə görüş keçirilib
20 oktyabrda DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT Koalisiyası ilə görüş keçirilib.

Avrasiya.net-in məlumatına görə görüşdə Baş İdarənin rəisi polis general-mayoru Həzi Aslanov, rəis müavini polis-polkovniki Samir Zeynalov və idarənin şöbə rəisləri ilə yanaşı Koalisiyanın üzvlərindən - Mehriban Zeynalova, Mahirə Əmirhüseynova, Ramiz Alıyev, Gülayə Səfərova, Kamalə Ağazadə, Zenfira Mustafayeva, Kamalə Aşumova iştirak etmişdir. Torpaqlarımızın azadlığı uğurunda döyüşərək şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra iclası Baş İdarənin rəisi general-mayor Həzi Aslanov açaraq tədbir iştirakçılarını salamlayıb. O, Daxili İşlər Naziri general polkovnik Vilayət Eyvazovun və DİN-nin I müavini, Milli Koardinator polis general- leytanantı Seyfulla Əzimovun salamlarını tədbir iştirakçılarına çatdırıb.

General erməni təxritabına qarşı rəşadətli ordumuzun əks-hücum əməliyyatları haqqında və Ali Baş Komandan cənab Prezidentin ərazilərimizin bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli mövqeyi haqqında geniş çıxış edərək qələbələrimiz münasibəti ilə iclas iştirakçılarını və xalqımızı təbrik edib.

Daha sonra Baş İdarə rəisinin müavini polis-polkovniki Samir Zeynalov çıxış edərək Baş İdarənin il ərzində apardığı uğurlu fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verib. Samir Zeynalov 2020-ci ilin iyul ayında cənab Prezident tərəfindən təsdiq olunmuş 2020-2024-cü ili əhatə edən Milli Fəaliyyət planı haqqında danışaraq qeyd edib ki, öncəki illərdə olduğu kimi bu fəaliyyət planında da Baş İdarənin maarifləndirmə işlərində QHT-lərlə geniş əməkdaşlığı olunacaq, eyni zamanda ötən dövrlərdə olduğu kimi DİN-in rəhbərliyinin QHT Koalisiyasının üzvlərinə göstərmiş olduğu diqqət və qayğı növbəti illərdə davam edəcəkdir. Baş İdarə rəisi general-mayor Həzi Aslanov ABŞ Departamentinin və digər Beynəlxaq Təşkilatların ölkəmizin insan alverinə qarşı mübarizəsi ilə bağlı vermiş olduqları bəyanatlara münasibət bildirərək qeyd etmişdir ki, biz yenə də adiyyəti üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək irad tutulan nöqsanları aradan qaldıracağıq.

İclas zamanı Koalisya üzvləri çıxış edərək dövlətimizin insan alverinə qarşı mübarizə sahəsində apardığı fəaliyyətin əhəmiyyətindən danışıblar. Koalisiya üzvləri daha sonra qeyd eiblər ki, bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə QHT Koalisiyası arasında olan əməkdaşlıq bir çox dövlətlərə nümunə ola biləcək dərəcədədir. Görüş qarşılıqlı müzakirələr şəkilində davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər