Azərbaycanda daha 191 nəfər virusa yoluxdu - 1 nəfər öldü
Dərc olunub:
8-10-2020, 15:59
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 41304 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 39012 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib, aktiv xəstə sayı 1689 nəfərdir.