Əməkdar jurnalist Silahlı Qüvvələrə Yardım Fonduna ianə edəcək
Əməkdar jurnalist, “OLAYLAR” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli Silahlı Qüvvələrə Yardım Fonduna yardım edəcək.
Bu barədə Avrasiya.net-ə məlumat verən jurnalist deyib ki, “Əməkdar jurnalist” fəxri adı üçün nəzərdə tutulmuş məvacibin 6 ayını Fonda köçürməyi qərarlaşdırıb: “Hesab edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı imkanı daxilində Silahlı Qüvvələrə Yardım Fonduna, cəbhədə düşmənlə üz-üzə dayanıb işğal altında olan torpaqlarımızı azad edən mərd oğullarımıza öz dəstəyini göstərməlidir. Bizlər ikinci dünya müharibəsi zamanı barmağındakı nişan üzüyünü, boyunbağısını cəbhədəki əsgərlərə göndərən nəsillərin davamçılarıyıq. Bu gün tarix təkrar olunur və Vətən müharibəsində hər kəs əlindən gələn köməyi göstərməlidir”.
Qeyd edək ki, Süleyman İsmayılbəyli həm də Milli Vəhdət Partiyasının sədr müavinidir.