Sizin Reklam Burada

Sadiq Qurbanov müəllimləri təbrik edib

Sadiq Qurbanov müəllimləri təbrik edibMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edib.

Avrasiya.net xəbər verir ki, Komitə sədri təbrikində qeyd edib ki, müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti, xidməti, əsl fədakarlığını hər zaman qiymətləndirməliyik: “Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllim əməyi, zəhməti əsl vətənpərvərlik nümunəsidir. Bu gün Azərbaycanın mərd oğulları, layiqli övladları, bütün sahələrdə uğur qazanıb, ölkəmizi xaricdə təmsil edənlərin hər biri həmin vətənpərvərlik məktəbinin məzunları olublar. Bu gün vətən, millət, xalq üçün yaxşı nə əldə etmişiksə müəllimə borcluyuq. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər, milli ruhda yetişməsində müəllimlərin əməyi danılmazdır. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb”.

S.Qurbanov bildirib ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin bu gün təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Heydər Əliyev fondunun da dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir.

S.Qurbanov qeyd edib ki, heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz: Böyük yunan filosofu Platon demişdir: “Müəllim hər şeydən əvvəl bir Tanrı sənətidir”. Müəllim adı müqəddəsdir. Bir müəllim kimi, hörmət və ehtirama layiq bu adı daşıyan hər bir Azərbaycan müəllimini təbrik edirəm. Bayramınız, bayramımız mübarək!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər