Sizin Reklam Burada

Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanladı

Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanladıAzərbaycan QHT-ləri Ermənistanın Gəncəyə qarşı törətdiyi müharibə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, müraciətdə deyilir: “Bu il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki obyektlərini artilleriya və raket atəşinə tutmaqda davam edir. Oktyabrın 4-də isə Ermənistan beynəlxalq humanitar hüququn və hərbin bütün qaydalarını növbəti dəfə kobud şəkildə pozaraq bir daha öz acizliyini nümayiş etdirməklə münaqişə zonasından uzaqda yerləşən 500 min əhalisi olan tarixi Gəncə şəhərini raket atəşinə tutub və nəticədə bir nəfər həlak olub, 4 nəfər yaralanmış və tarixi abidələr dağıdılıb. Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qəti qadağan edilən kasetli bombalardan istifadə edib.

Bu günə olan statistik məlumatlara görə, Ermənistanın Azərbaycanın 10-dan çox rayon və şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində 23 mülki şəxs qətlə yetirilib və 76 nəfər yaralanıb, dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub.

Ermənistanın mülki əhalini bilərəkdən hədəfə almaqda məqsədi müharibənin coğrafiyasını genişləndirmək, diqqəti işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayondan yayındırmaq və 3-cü ölkəni münaqişəyə cəlb etməkdən ibarətdir.

Biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozdulduğunu bildiririk.

Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən yüzlərlə QHT adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq.

Sonda onu da bildirmək istəyirik ki, Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə, işğala və təcavüz aktına, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyinə görə Ermənistanın indiyə kimi cəzasız qalması, bu gün onun daha təhlükəli və qəddar cinayət törətməsinə səbəb olur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər