Sizin Reklam Burada

Korrupsiyaya qarşı mübarizə ümumxalq işi olmalıdır

Korrupsiyaya qarşı mübarizə ümumxalq işi olmalıdırEmin Əliyev
QHT sədri, ictimai fəal


Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərdə, xüsusilə Sovet idarəçiliyindən müstəqilliyə keçid dövründə cəmiyyətdə baş verənlər orta nəsil nümayəndələrinin xatirindədir.

Qaçaqmalçılıq, quldurluq, korrupsiya ən yüksək səviyyədə idi və təəssüf ki, həmin dövrdə bu insanların “xidmətləri” nəticəsində Azərbaycanın sərvətləri xarici ölkələrə daşındı.
Müstəqillik illərimizdə hakimiyyətin ən çox mübarizə apardığı cinayət məhz korrupsiya cinayətləri oldu.

Bununla bağlı ölkənin hüquq mühafizə, xüsusi xidmət və prokurorluq orqanları əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkarları həbs edərək cəzalandırdı.
Təəssüf hissi ilə demək istəyirik ki, bütün görülən bu tədbirlər nəticəsində korrupsiya cinayətlərinin sayında azalma müşahidə edilmiş olsa da bu nə ölkə rəhbərliyini, nə də cəmiyyəti qane etmirdi.

2018-ci ildən etibarən elan edilmiş islahatlar kursunun əsas tərkib hissələrindən biri də məhz rüşvətxorluq xəstəliyinə bulaşmış, bunu öz xarakterinə çevirmiş dövlət məmurlarından, vəzifəli şəxslərdən birdəfəlik qurtulmaq üçün tədbirlər olmuşdur. Belə ki, ardıcıl olaraq ali vəzifəli şəxslərin cinayət başında həbsi və məhkəmə qarşısına çıxardılması bu sahədə ölkə rəhbərliyinin ali siyasi iradəsini açıq nümayiş etdirdi. Bu məqamda bir məsələyə toxunmaq lazımdır. Bu həbslərin arasında kifayət qədər zaman olmasına baxmayaraq vəzifə sahibləri həbs edilmiş həmkarlarının aqibətindən dərs çıxartmadılar. Bu hal onun göstəricisi olmuşdur ki, rüşvətxorluq bu şəxslərin xarakterlərinə hopmuşdur və onların bu xəstəlikdən öz istəkləri ilə qurtulması mümkünsüzdür.

Bütün cəmiyyət ölkə rəhbərliyinin bu ardıcıl tədbirlərini tam dəstəklədiyini ifadə edir.

Açıq etiraf etmək lazımdır ki, sovet hakimiyyətinin son dövrləri yuxarıda da qeyd etdiyimiz kimi daha çox korrupsiyalaşmış dövr kimi xarakterizə edildiyindən bu dövrdə çalışaraq iş təcrübəsi əldə etmiş şəxslərin də rüşvətxor təbiətli olması halları müşahidə edilmişdir. Bu şəxslərə yüksək etimad göstərilərək müxtəlif vəzifələrə təyin edildikdən sonra məhz aldıqları “sovet idarəçiliyi tərbiyəsi” onların da həmin ənənələrə “sədaqətini” və rüşvətxor məmur obrazının daşıyıcısı olmasını təmin etmişdir.

Hal-hazırki dövrdə həyata keçirilmiş yeni təyinatlar göstərir ki, korrupsiya ilə mübarizə sadəcə cinayət hüququ müstəvisində deyil, eyni zamanda yeni düşüncəli, innovativ, yüksək əxlaqi dəyərlərə sadiq və ən əsası korrupsiyadan uzaq şəxslərə üstünlük verilir. Bütün bunlarla yanaşı bütün cəmiyyətdə ictimai nəzarət mexanizmlərinin işə salınması və məmurların qəbul edilmiş etik davranış qaydalarına uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində səylər xüsusilə artırılmışdır.

Əminik ki, bütün bu ardıcıl tədbirlərin gedişatında ölkəmiz korrupsiyadan yaxasını birdəfəlik qurtaracaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər