Sizin Reklam Burada

Tofiq Yaqublu bu gün azadlığa BURAXILA BİLƏR - Qərar ləğv edildi

Tofiq Yaqublu bu gün azadlığa BURAXILA BİLƏR - Qərar ləğv edildi“Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimizə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq”.

Avrasiya.net-in məlumatına görə, bunu həbsdə olan Müsavat üzvü Tofiq Yaqublunun vəkili Elçin Sadıqov bildirib.

O deyib ki, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apellyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib. İlkin baxış iclası bu gün saat 16:00-da olacaq.

T.Yaqublunun digər vəkli Aqil Layic: "Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verdiyim vəsatəti geri götürdüm. Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində verdiyimiz apellyasiya şikayətinin hazırlıq iclasını bu günə saat 16:00-a təyin edib. Azadlığa qovuşması məsələsinə də bu gün baxılacaq”.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir. O, hökmə etiraz əlaməti olaraq 17 gündür aclıq aksiyası keçirir. Vəkili hökmdən apellyasiya şikayəti verib.

Aclıqla əlaqədar səhhəti ağırılaşan T.Yaqublu 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb. “City Hospital”da vəziyyəti pisləşən T.Yaqubluya qan köçürülüb. O, “City Hospital”da tanınmış həkim Adil Qeybullanın nəzarətinə alınıb.

T.Yaqublunun azadlığa buraxılması üçün bir sıra tanınmış ictimai, siyasi, mədəniyyət xadiumi ölkə başçısı İlham Əliyevə müraciət edib. Dünən xalq artisti Zeynəb Xanlarova da belə bir müraciətlə çıxış edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər